Ratio-lar (Əmsallar) DEBT SERVİCE COVERAGE RATİO (DSCR)

Salam dostlar. 29-cu qeydimdə Advanced IFRS dərsinə daxil olan mövzulardan biri olan Ratio-lar (Əmsallar) haqqında bir qeyd paylaşacam. Mövzu ratio-lar (əmsallar) kateqoriyasına aid bir mövzudur. Biz Balans Hesabatının həm Mənfəət və ya Zərər hesabatının, həm də Cash Flow hesabatının Common-Size analizini edəndə ratio-lardan çox istifadə edirik.

Bu yazımda da həmin Ratio-lardan birinə toxunacam. Mövzuya keçid etməzdən öncə onu vurğulamaqda fayda var ki, bütün ratio-ları 3 əsas kateqoriyada qruplaşdırırlar.

  • Mənfəətlilik əmsalları (Profitability ratios)
  • Səmərəlilik əmsalları (Efficiency ratios)
  • Ödəyə bilmə qabiliyyəti əmsalları (Liquidity/Solvency)

İndi haqqında danışacağım Ratio məhz 3-cü kateqoriyaya, yəni ödəyə bilmə qabiliyyəti kateqoriyasına daxildir. Bu o deməkdir ki, buraya daxil olan ratio-lar şirkətin həm qısamüddətli, həm də uzunmüddətli dövrdə öz borclarını ödəyə bilib-bilməməsi qabiliyyətini hesablamaq üçündür.

Elə isə başlayaq…

DSCR – bu əmsal şirkətin öz bank öhdəliklərini yerinə yetirə bilib-bilməməsini hesablamaq üçün istifadə edilir. Hesablama formulu aşağıdakı kimi olacaq:

DSCR = EBITDA/(Principal+interest)

Formuldakı parametrlər:

  • EBITDA – Earnings before interest tax depreciation and amortization
  • Principal – şirkətin bank öhdəliyi. Amma şirkətin bütün bank öhdəliyi deyil, sadəcə 1 il ərzində ödənməli olan bank öhdəlikləri
  • İnterest – 1 il ərzində olan bank faiz xərci

Niyə Ebitda rəqəmindən istifadə edilməsi, niyə 1 illik bank öhdəliyi və bank faiz xərci hesablanması da ayrı bir mövzudur.

Qısa note 1! Tövsiyyə edilir ki, şirkətin DSCR>1.2 olsun. Əks halda bank borclarını ödəmək çətinləşəcək və restrukturizasiya işləri artacaq.

Qısa note 2! Apple şirkətinin son 5 il ərzində ortalama və median DSCR > 8.3 olmuşdur.

Ümid edirəm Ratio-lar (Əmsallar) haqqında paylaşdığım bu qeyd Faydalı olar.

FinTalks.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top