Qısa müddətli yoxsa Uzun müddətli öhdəlik?

Salam, dostlar! Bu gün 28-ci yazımda Qısa müddətli yoxsa Uzun müddətli öhdəlik? haqqında bir qeyd paylaşıram.

Hər birimizə bəllidir ki, Aktivlər (assets) və öhdəliklər (liabilities) qısa müddətli (current) və uzun müddətli (non-current) olmaqla balans hesabatında (haşiyədən kənar: artıq IAS 1 də Balans hesabatı termini əvəzinə Maliyyə Vəziyyəti Haqqında Hesabat termini işlədilir.) əks etdirilir.

Aktiv və ya öhdəliklərin qısa və ya uzun müddətli olaraq kateqorizə etməyin 4 şərti mövcuddur. Amma mən burada hər birimizə bəlli olan Hesabat tarixindən sonra 12 ay müddət termininə toxunacam. Bilirik ki, əgər aktiv hesabat dövründən sonrakı 12 ay ərzində realizə olunacaqsa bu qısa müddətli aktiv hesab olunur. Bu şərt öhdəliyə də aiddir. Və IAS 1-də qeyd edilir ki, əgər yaranmış öhdəliyin ödəmə müddətini ən azı 12 ay müddətinə təxirə salmaqla bağlı hüququn yoxdursa (unconditional right) o zaman bu öhdəlik qısa müddətli öhdəlik hesab edilir. Yəni bu öhdəliyi təxirə salma hüququmuz yoxdur. Və biz bunu hesabat dövründən sonra 12 ay müddətində ödəməliyik.

Spesifik məqam:

Bəzən olur ki, uzunm üddətli öhdəliyin daha sonra qısa müddətli təsnifata dəyişdiyini unudub uçotda klassifikasiya etməyi unuduruq. Nə demək istəyirəm?!

Elə isə konkret misala keçək:

Təsəvvür edək ki, bankdan 5 il müddətinə (maturity date) kredit alırsız. Bank sektorunda korporativ kreditlərin təhlili departamentində çalışana analitik olaraq vurğulaya bilərəm ki, kreditlər verilərkən uzun müddətli analizlərdən keçir (şirkətin bütün maliyyə və qeyri-maliyyə hesabatları). Kredit verildiyi zaman isə müqavilədə müəyyən şərtlər (covenants) qoyulur. Əgər bu şərtlərdən hər hansı birini pozduğumuz halda bank vermiş olduğu krediti geri tələb etmək hüququna malikdir. Buna loans with covenants deyilir (yəni şərtlərlə verilmiş kredit).

Deyək ki, bank bizə şərti olaraq 1,000,000 AZN kredit ayırdı. Bank şərt qoyur ki, şirkətin maliyyə göstəricisində 5 il müddətində heç zaman DEBT SERVICE COVERAGE RATIO ( EBITDA / (INTEREST + PRINCIPAL ) heç zaman 1.2 dən aşağı olmamalıdır. Əgər bu şərt pozularsa bankın vermiş olduğu krediti geri tələb etmə hüququ yaranır. Deyək ki, 1-ci ilin sonunda bank aşkar edir ki, Sizin DSCR 1.05-ə düşmüşdür. Və Sizə rəsmi məktub ünvanlayır ki, növbəti 12 ay ərzində bank kreditini geri ödəməlisiz. Bu zaman təbii ki, Siz maliyyə vəziyyəti haqqında hesabatda bank öhdəliyini uzunmüddətli öhdəliklər kateqoriyasından qısamüddətli öhdəliklər kateqoriyasına transfer etməlisiz.

Ümid edirəm Qısa müddətli yoxsa Uzun müddətli öhdəlik? haqqındakı qeyd sizə Faydalı olar…

Müşviq Bayramzadə.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top