US GAAP və IFRS arasındakı əməliyyat icarəsi və uçot fərqləri

Salam dostlar. Bu gün 27-ci yazımda sizlərə Advanced Level IFRS mövzusunda lizinqlə bağlı hissəsindən kiçik bir çıxarışla bağlı qeyd paylaşacam. Bu qeyd US GAAP və IFRS arasındakı əməliyyat icarəsi və uçot fərqləri haqqında olacağ.

Qısaca onu qeyd edim ki, lizinqlə bağlı IFRS-də əvvəl IAS 17 standartı var idi. Bu standartda müəyyən çatışmazlıqlara görə FASB (US GAAP yaradan təşkilat) və IASB (IFRS yaradan təşkilat) birlikdə işləyərək yeni bir standart hazırladı. Bu yeni standart US GAAP- ASC 842 nömrəli standartdır. Və 2018-ci ilin 1 yanvarından etibarən qüvvəyə mindiIFRS-də isə əvvəlki yeni standart IAS 17 ləğv edildi. Və yeni standart IFRS 16 Lease standartı yaradıldı. 2019-cu ilin 1 yanvarından etibarən isə qüvvəyə mindi.

Yuxarıdakı qısa girişi ona görə qeyd etdim ki, söhbətin hansı standartlardan getdiyi öncədən məlum olsun. Bu qısa girişdən sonra gəlin əsas mövzuya keçid alaq.

Lizinq standartına əsasən 2 cür lizinq mövcuddur:

1/ Maliyyə icarəsi (Finance lease)

2/ Əməliyyat icarəsi (Operating lease)

Eyni zamanda onu da qeyd etmək lazım ki, lizinqdə 2 tərəf mövcud olacaq (aradakı connector-u nəzərə almıram):

1/ İcarəyə verən və ya icarədar (Lessor)

2/ İcarəyə götürən və ya icarəçi (Lessee)

Yuxarıdakıları ona görə qeyd etdim ki, Ehtimal nəzəriyyəsinə görə IMG_256IMG_257 burada uçota almaqla bağlı 4-cür kombinasiya mövcud olacaq:

1/ İcarəyə verən maliyyə icarəsini necə uçota alacaq

2/ İcarəyə verən əməliyyat icarəsini necə uçota alacaq

3/ İcarəyə götürən maliyyə icarəsini necə uçota alacaq

4/ İcarəyə götürən əməliyyat icarəsini necə uçota alacaq

Bu mövzu çox geniş olduğundan mən bu yazımda sadəcə 4-cü kombinasiyanın, yəni icarəyə götürənin əməliyyat icarəsini necə uçota alacağı ilə bağlı mövzunu müzakirə edəcəm.

Mövzunu biraz daha maraqlı etmək üçün bu uçotun həm US GAAP-da həm də IFRS-də uçota almaqda yaranan fərqləri göstərəcəm.

Qısa qeyd! Burada ən maraqlı məqam ondan ibarətdir ki, özünüzə aşağıdakı sualları verib cavab tapmalısız ki mözunu tam mənimsəyə biləsiz:

S1/ Niyə FASB və IASB birlikdə yeni standart hazırlamaq qərarına gəldilər və bunun əsas səbəbi nə idi?

S2/ Niyə US GAAP-də yeni standart 2018-ci ildə amma IFRS-də 2019-cu ildə qüvvəyə mindi?

S3/ Niyə əməliyyat icarəsi US GAAP-da başqadır IFRS-də başqadır?

Amma qeydimin uzanmaması üçün yuxarıdakı 3 sualı cavablamadan birbaşa US GAAP və IFRS-də 4-cü kombinasiyanın (İcarəyə götürənin əməliyyat icarəsi) necə uçota alınması arasındakı fərqləri göstərəcəm.

Elə isə başlayaq, dostlar…

Qeyd! Bundan sonra 4-cü kombinasiya deyəndə icarəyə götürənin əməliyyat icarəsi nəzərdə tutacam.

IFRS 16-da 4-cü kombinasiyanın uçotu necə olacaq…

Yuxarıda qeyd etmişdim ki, əvvəl lizinqlə bağlı standart IAS 17 idi. Və 2019-cu ilin 1 yanvarından etibarən bu standart qüvvədən düşdü. Və əvəzində IFRS 16 formalaşdı. Əvvəlki standartla yeni standart arasında əsas fərq əməliyyat icarəsində yarandı. Maliyyə icarəsində çox az fərqlər yarandı. Gəlin əməliyyat icarəsinə aid nümunə qeyd edək. Və əvvəlki standart IAS 17 və yeni standart IFRS 16 arasında fərqləri əks etdirək.

Nümunə: Təsəvvür edək ki, A şirkəti B şirkətindən 4 illik müddətə bina icarəyə götürür. Sadəlik olsun deyə ödəniş qrafikini daha asan formada yazacam. Təbii ki, praktikada ödənişlər aylıq əsasda olur çox zaman. Bu icarə ilə bağlı hər ilin sonu icarəyə verənə $20,000 ödəniş ediləcək. Və şirkətin WACC (Weighted Avarage Cost of CapitaL), yəni ortalama borclanma dərəcəsinin illik faiz-ni 10% olaraq qəbul edək. Bu zaman baxaq ki, əvvəlki standartla yeni standart arasında hansı uçot fərqi olacaq.

Kiçik haşiyə! WACC-ın necə hesablanması ilə bağlı araşdırma etmənizi tövsiyyə edərdim.

Yuxarıdakı nümunə IAS 17-yə əsasən necə olardı…

Köhnə standartda əməliyyat icarəsi ilə bağlı 2 əsas fundamental yanaşma var idi:

1/ gələckdə ödəməli olduğumuz, yəni 4 il ərzində hər il ödənəcək $20,000 məbləğ sadəcə balans arxasında (off-balance sheet) əks etdirildir.

2/ Sadəcə xərc reallaşdığı zaman uçota alınırdı.

Deməli 1 il keçdikdən sonra uçot aparırdıq ki,

Dr icarə xərci – $20,000

Cr icarə öhdəliyi -$20,000

Daha sonra ödəniş etsək,

Dr icarə öhdəliyi – $20,000

Cr pul vəsaiti – $20,000

Yuxarıdakı köhnə standartın izahından da göründüyü kimi, mən digər 3 ili nəzərə almadım. Və uçotu heç bir yerdə olmayacaq. Sadəcə balans arxasında bu rəqəmləri göstərməklə kifayətlənəcəkdim.

İndi isə keçid alaq yeni standart olan IFRS 16-da bu uçot necə olacaq hissəsinə…

Yeni standartın yaranmasının əsas səbəbi balans arxasında göstərilən rəqəmin balans hesabatına daxil edilməsi idi. Yeni standarta əsasən əməliyyat icarəsi də maliyyə icarəsi kimi balans hesabatında əks etdirilməlidir.

Təbii ki, hansı əməliyyat icarəsindən söhbət gedir bu da ayrı bir mövzudur. Çünki hər əməliyyat icarəsini Balans hesabatında uçota almağa icazə yoxdur. Bəzi əməliyyat icarələri köhnə standrtda olduğu kimi uçota alınır. Bəziləri isə indi yazacağım kimi.

Yeni standarta əsasən gələcəkdə ödənəcək 4 ədəd $20,000 məbləğin bugünkü (Present Value) dəyərini tapmalı olacaqsız.

İllər Ödəniş Bugünkü dəyər (10%)

1 $20,000 $18,182

2 $20,000 $16,529

3 $20,000 $15,026

4 $20,000 $13,660

Total amount of PV $63,397

Bugünkü dəyəri tapdıqdan sonra aşağıdakı kimi uçot aparılacaq:

Dr Right of use asset (aktivdən istifadə hüququ) – $63,397

Cr Lizinq öhdəliyi – $63,397

Daha sonra illik lizinq faizi hesablanacaq:

Dr Lizinq faizi – $6339

Cr Lizinq öhdəliyi -$6339

Daha sonra isə ödəniş ediləcək:

Dr Lizinq öhdəliyi – $6339

Cr Pul vəsaiti – $6339

Daha sonra Right of use asset amortizasiya ediləcək:

Dr Amortization of right of use asset – $15,849

Cr Accumulated amortization -$15,849

Qeyd! Yuxarıdakı uçot sadəcə 1 ilin uçotudur. Digər illərdə rəqəmlər dəyişəcək.

US GAAP ASC 842-də bəs uçot necə olacaq…

IFRS 16-ya əsasən biz yuxarıdakı uçotu gördük. İndi isə baxaq US GAAP-də bu uçot necə olacaq. Önəmli olan 2 məqama diqqət yetirməlisiz. US GAAP-da IFRS-dən fərqli olaraq:

1/ Amortizasiya xərci olmayacaq.

2/Lizinq faiz xərci olmayacaq.

Bəs necə olacaq?

Dr Right of use asset – $63,397

Cr Lizinq öhdəliyi – $63,397

Daha sonra lizinq xərci tanınacaq:

Dr Lizinq xərci (bu faiz xərci deyil) – $20,000

Cr Pul vəsaiti – $20,000

Daha sonra isə lizinq öhdəliyi və right of use asset azalacaq:

Dr Lizinq öhdəliyi -$13,661

Cr Right of use asset – $13,661

Yazı çox uzanmasın deyə burada mövzunu dayandıracam. Bu hissədə əsas qeyd nə necə edilir ilə bağlı idi.

Ümid edirəm US GAAP və IFRS arasındakı əməliyyat icarəsi və uçot fərqləri haqqındakı bu qeyd faydalı oldu. Və az da olsa bu çətin mövzuda fikir formalaşdıra bildi. Vaxtınız varsa və əgər hələ yorulmamısızsa US GAAP və IFRS Niyə Fərqlənir? mövzusunu da oxumağı məsləhət görərdim.

Müşviq Bayramzadə.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top