Salam, dostlar! Bu gün sizlərlə 21-ci yazım olan Pul Vəsaitinin Sərbəst Hərəkəti – Free Cash Flow haqqında qeyd etdiyim kiçik bir məlumatı bölüşmək istəyirəm.
Bir neçə il əvvəl “Wall Street”- in ən sevimli maliyyə göstəricisi EBITDA (Earnings Before Interest Tax Depreciation and Amortization) idi. Yəni *faiz*, *vergilər*, *əsas və qeyri-maddi aktivlərin amortizasiya xərcləri* nə qədərki mənfəət. Xüsusilə Banklar EBITDA-nı sevirdi. Çünki onlar bunun gələcək nağd pul hərəkətinə işarə etdiyinə inanırdılar. Lakin sonra ikiqat bəla gəldi. 1990-cı illərin sonlarındakı “dot-com” bumundan sonra “World Com” kimi şirkətlərin öz hesabatlarında manipulyasiya etdikləti ortaya çıxdı. Buna görə də onların EBITDA rəqəmləri artıq etibarlı deyildi. 2008-ci ilin maliyyə böhranında investorlar və kreditorlar Mənfəət və Zərər hesabatı ilə əlaqələndirilən bütün ölçülərə şübhə ilə yanaşmağa başladılar. Onlar başa düşdülər ki, gəlir hesabatları təxminlər və fərziyyələrlə doludur. Və həmin hesabatlarda göstərilən *mənfəət* heç də hər zaman həqiqətə uyğun deyil.
Beləliklə, artıq “Wall Street”də yeni ölçü vahidi yarandı. Və bu göstərici artıq daha önəmli hesab edilirdi. Şirkətlərin bazarda səhmlərinin dəyər dəyişmələri də buna əsaslanırdı. Bu göstəricinin adı Pul Vəsaitinin Sərbəst Hərəkəti (Free Cash Flow) idi.