Salam dostlar. İndiyə qədər artıq sizlərlə 18 məqalə paylaşmışam. İndi isə 19-cu məqaləni sizlərlə paylaşacam.Bu məqalələrin hamısı demək olar ki, IFRS ilə bağlı olmuşdur. Hal-hazırda üzərində çalışdığım və il sonuna tamamlamağı planlaşdırdığım 2 kitab var ki, onlardan biri “Praktiki IFRS” kitabıdır. Digəri isə “Maliyyə Modelləşdirilməsi və Şirkətlərin Dəyərləndirilməsi” ilə bağlıdır. Bu məqaləmdə isə 2-ci kitabımda daha detallı yer verəcəyim. Amma burada lakonik şəkildə ilk dəfə olaraq Maliyyə mövzusuna toxunacam. Amma bu mövzuda ilk yazım olduğu üçün çox dərinə gedib mürəkkəb maliyyə terminlərindən istifadə edib Sizləri yormayacam. Həm də sadəlik prinsipimi qoruyub saxlayacam. Bu yazımın mövzusu:
Dəyər Əsaslı analiz (Value-based analysis)-dir.
Dəyər əsaslı analizin 4 əsas mərhələsi var və bu mərhələləri qısa olaraq izah edəcəm. Vizual effektdən də istifadə edəcəm ki, həm mövzunu başa düşmək daha asan olsun həm də Sizləri daha uzun sözlərlə yormayım. Vizual hissəni məaqlənin ən son bölməsinə əlavə etdikdən daha sonra başlayım Value-Based Analizin nə olduğunu izah etməyə.
Hər zaman bir şeyi izah edərkən 2 əsas prinsipin üzərində dayanıram. 1-ci prinsip izah edəcyəim şey nədir?, 2-ci prinsip isə bu nə üçün lazımdır? Düşünürəm ki, bu 2 prinsip bir şeyi başa düşməyi asanlaşdırır. Çalışacam bu mövzunu da maksimum sadələşdirim. İlk öncə başlayaq ondan ki:
#1 Value based analysis nədir?
Dəyər əsaslı analiz dediyimiz bu metod əslində bəsit bir sual veirir. Sual ondan ibarətdir ki, şirkətin strategiyası (hədəfi deyək) nədir? Yəni şirkət nə etmək istəyir? Bu həm maliyyə (financial) həm də qeyri-maliyyə (non-financials) hədəf ola bilər. Qısa bir misal göstərəcəm ki, aydın olsun nə demək istədiyim. Məsələn şirkət Məcmu mənfəəti (Gross Profit) gələn il maksimum etmə strategiyasını seçib. Bu Financial hədəf sayılır. Amma məsələn şirkət Employee Engagement Score-u 10 üzərindən 7-ə qaldırmaq istəyir. Bu Non-Financial hədəfdir.
Kiçik haşiyə! Employee Engagement Score-un nə demək olduğunu izah etmək uzun olacağı üçün burada ona toxunmayacam. Amma qısaca onu deyim ki, şirkət üçün çox önəmlidir amma Financial göstərici olmayan bir şeydir.
Deməli biz Value Based analizin ilk mərhələsini bitirdik, yəni hədəfimizi tapdıq. Önümüzdəki il maksimum gross profit etməliyik. Mən məsələni Financial hədəf üzərindən davam edirəm ki, daha aydın olsun. Bu misalı Non-Financial göstərici olan Employee Engagement Score, vs. göstəricilərlə də davam edə bilərəm. Amma bunun maraqsız olacağını düşündüyüm üçün Financial strategiya ilə mövzunu davam etdirirəm.
Bu hissəni izah edə bildiyimiz var sayıb davam edirəm…
#2 Value based analizin 2-ci mərhələsi.
Value based analizin nə olduğunu bildikdən sonra 2-ci mərhəldə biz sensitivity (həssaslıq) analizləri etməliyik. Yəni ilk öncə başa düşməliyik ki, 1-ci mərhələdə özümüzə qoyduğumuz hədəf var idi ki, Gross Profiti maksimim etməliyik. Bu mərhələdə başa düşməliyik ki, axı Gross Profit nədir? Heç birimizə sirr deyil ki,
Gross profit = Revenue – COGS (SMMD) ilə hesablanır. Yəni bizim 1-ci hissədə olan ki, hədəfimiz var idi ki , Gross Profit maksimum olmalıdır. Demək ki, biz Revenue-nu maksimum edib Cogs-u minimum etməliyik. Amma bu yazıldığı qədər də asan məsələ deyil. Çünki hər yeni məhsul istehsal olunduqca onun fixed, variable, semi-variable kimi xərcləri var və economies of scale məsələləri ortaya çıxır. Bu terminlər bu analizdə baxmayaraq ki, önəmlidir amma bunlara da toxunmadan əsas məğzi çatdıracam.
Davam edirik…
Deməli biz gəliri (revenue) maksimim edib SMMD (COGS) minimum etməliyik. Revenue-ya təsir edən faktorlar çoxdur, işçi sayından tutmuş, satış nöqtələrinin sayına qədər hər biri təhlil olunacaq məsələdir. Amma yekunda gəlirlə bağlı hər şey 2 faktora dayanacaq:
1) satılan məhsulun sayı (volume)
2) satılan məhsulun qiyməti
İqtisadiyyat oxuyanlar bilir ki, məhsulun qiyməti artdıqca ona olan tələb aşağı düşəcək. Və satış həcmi azalacaq (gəlir səviyyəsi, məhsulun keyfiyyəti və s faktorları kənara qoyuram ki, maksimum sadələşsin məsələ).
Deməli biz Value based analizin 2-ci mərhəlsəində sensitivity (həssaslıq) təhlili aparmalıyıq ki, qiyməti dəyişməklə bizim satış həcmi necə dəyişəcək ki, satış gəliri (revenue ) maksimum olsun.
Bu qayda SMMD (COGS) üçün də keçərlidir, ki hansı şərtlər daxilində COGS minimum olacaq.
Deməli biz sensitivity təhlillərimizi də bitirdikdən sonra, 3-cü mərhələyə keçid ala bilərik.
# 3 Value based analysis
Bu mərhələdə isə biz 2 faktoru təhlil etməliyik. Bizim əsasə məqsədimiz olan Gross profiti maksimim etmək istəməyimiz, cari və perspektiv durumda bizim üzləşdiyimiz situasiyalardan asılıdır. Bunlara leading faktorlar deyilir. Məsələn bizim saytımıza baxış sayı artırsa bu bizim satış həcmlərinin artacağına bir işarədir. Qısacası bu mərhələdə leading faktorları yaxşı təhlil edib anlamaq lazım. 2-ci faktor isə keçmişlə bağlıdır ki, buna lagging faktorlar deyilir. Məsələn keçmiş satış rəqəmlərininin təhlili bizim üçün hədəfimizə çatmada bir bəldəçi rolunu oynaya bilər. Qısacası bu mərhəldə həm lagging həm də leading faktorları yaxşı təhlil etmək lazım.
# 4 Value based analysis
Son hissə isə What-If analizə əsaslanır. Bunu yazacağım kitabda daha detallı izah edəcəm. Amma qısaca onu deyim ki, bu mərhələdə ssenarilər qurmalısız ki, hansı ssenaridə hədəfinizə çatırsız. (Aşağıdakı cədvələ baxın)
Maksimum çalışdım ki, sadə və anlaşılan olsun.
Faydalı olması diləyilə…
Müşviq Bayramzadə.