İdarəetmədə “Qum Torbası” (Sandbagging) Metodu

Salam dostlar!. Bu Gün sizlərlə 18-ci yazım olan İdarəetmədə “Qum Torbası” (Sandbagging) Metodu haqqında qısa qeyd bölüşəcəm.

Sizi yormaq istəmirəm keçəy mətləbə. İndiyə qədər paylaşmış olduğum yazılar IFRS-lə bağlı olmuşdur. Bu gün isə Strateji İdarəetmədə önəmli olan bir mövzu barəsində qısa və lakonik şəkildə yazacam. Bu mövzu Sandbagging (Qum torbası) haqqında olacaq.

İdarəetmədə “Qum Torbası” (Sandbagging) Metodu Nədir?

Deyək ki, biz bir şirkətdə Maliyyə departamentinin Büdcələmə və Hesabatvermə (Budgeting and Reporting) komandasında çalışırıq. Şirkətimiz sənayə əhəmiyyətli binaların tikintisi ilə bağlı tenderə daxil olur. Və bu tenderdə qalib olur. Mən tender prosesinin maliyyə və texniki mexanizm ardıcıllığından danışmaq niyyətində deyiləm.

Şirkət rəhbəri tenderdə elan etdiyimiz qiymətin bizə başa gələn büdcəsini bilmək istəyir. Və tapşırıq verir ki, bu layihənin büdcəsini detallı şəkildə hazırlayın. (Büdcə hazırlamaq güclü texniki və domain knowledge tələb edir).

Bu tapşırığa əsasən biz bir realistik büdcə hesablayırıq (məsələn 100,000,000 azn). Amma müəyyən səbəblərdən dolayı biz bu realistik olan büdcəni bilərəkdən daha çox göstəririk (bunun səbəbi çox ola bilər amma biz burada pul mənimsəmə məsələsinə toxunmayacağıq 🙂 . Bu büdcəni artıq göstərməklə, təsisçiyə bu işin daha çox xərc aparacağını (məsələn 110,000,000 Azn) deyirik. Və onda artıq bu fikir formalaşır. Amma işin sonunda təsisçinin gözlədiyi xərcdən (110,000,000 Azn-dən) daha az xərc (100,000,000 Azn) çıxmış olur. Və təsisçidə bizim daha yüksək performans göstərdiyimiz fikri formalaşır. Qısacası təsisçi inanmışdı ki, biz bu işə 110,000,000 azn büdcə sərf edəcəyik. Amma 100,000,000 azn real büdcə ilə başa vurmuş oluruq. Şirkət rəhbəri də büdcəyə nəzarətin çox ciddi olduğunu düşünür. Və bizim də effektiv işlədiyimiz qənaətinə gəlmiş olur. Bu proses Sandbagging (Qum torbası) adlanır.

Yəni, bir şirkətin real uğur gözləntisi bilərəkdən daha aşağı uğur əldə ediləcəyi kimi təqdim edilir. Yəni real uğurun qarşısına bir qum torbası (sandbagging) qoymuş olur. Bununla da o sonda reallaşacaq nəticə ilə göstərmək istəyir ki, daha az uğur planlaşdırılırdı. Amma biz daha yaxşı işləyərək gözləntidən daha yüksək nəticə əldə etdik. Halbuki, əslində real gözlənti sonda əldə olunan nəticə idi. Sadəcə o başqa cür təqdim edilmişdi.

Note! Burada motivasiya yüksək bonuşlar almaqdır. Şirkətə motivasiya mexanizmi işləyib hazırlayarkən mütləq İdarəetmədə “Qum Torbası” (Sandbagging) Metodu nəzərə alınmalıdır.

Qısa yazının faydası olması diləyilə…

Müşviq Bayramzadə.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top