Salam, hörmətli dostlar!
Sizlərlə maraqlı hesab etdiyim mövzulardan biri haqqında yazmaq istərdim. Yazı biraz uzun olacaq,amma ümid edirəm ki, bir o qədər də faydalı olacaq. Bu yazıda Operating cycle ilə Net Operating Cycle-ın mahiyyəti və əsas fərqlərinə toxunacam.
Operating cycle:
Şirkət öz biznes fəaliyyətində mal alışı edir,həmin malı bir müddət anbarda saxlayır, daha sonra həmin malın satışını icra edir və nəhayət satışdan vəsaitləri hesaba mədaxil edir. Şirkətin mal alışından başlayaraq şirkətin hesabına vəsaitin daxil olması arasında keçən perioda operating cycle deyilir. İlkin olaraq gəlin sadə bir izahla başlayaq,daha sonra izahı genişləndirərik.
Deyək ki,şirkət 12 yanvar tarixində mal alışı edir, 15 yanvar tarixində malları satır və 22 yanvar tarixində satdığı malların pulunu alır. Bu halda operating cycle mal alışından (12 yanvar) pul vəsaitinin mədaxil olmasına qədər (22 yanvar) olan periodu əhatə edir,yəni operating cycle 10 gündür (22-12). Şirkətin operating cycle-ı həmin şirkətin nə qədər effektli olmasını göstərir. Şirkət hər zaman çalışmalıdır ki, operating cycle az olsun. Operating cycle ilə bağlı formula da var,amma mən hesab edirəm ki, çox detala getməyə ehtiyac yoxdur və mahiyyəti anlamaq yetərlidir. Operating cycle ilə bağlı formulanı aşağıda qeyd edib onun detalına keçmədən mahiyyətini izah edəcəm:
Operating cycle = Inventory period + accounts receivable period
Yuxarıda qeyd edilmiş düstura əsasən Operating cycle inventory period ilə accounts receivable period-un cəminə bərabərdir. Gəlin baxaq ki, inventory period və accounts receivable period nə deməkdir.
Inventory period – bu terminin mahiyyəti o deməkdir ki, mal aldığımız dövrdən həmin malı satmağa qədər neçə gün keçmişdir. Yuxarıdakı nümunədə biz malı 12 yanvarda almışdıq və həmin malı 15 yanvarda satmışdıq. Demək ki,inventory period 3 gündür. İnventory period nə qədər az olsa bir o qədər şirkət əməliyyatlarında daha effektiv sayılır.
Account receivable period – bu terminin mahiyyəti o deməkdir ki, satış etdiyimiz dövrdən vəsaitlərin mədaxilinə qədər neçə gün keçmişdir. Yuxarıdakı nümunədə biz malı 15 yanvarda satmışdıq və həmin malın pulunu 22 yanvarda almışdıq. Demək ki, account receivable period 7 gündür. Account receivable nə qədər az olsa bir o qədər şirkət əməliyyatlarında daha effektiv sayılır.
Yenidən yuxarıdakı formulaya qayıtsaq biz yenə eyni rəqəmi (10 gün) almış olacağıq.
Operating cycle = Inventory period (3)+ accounts receivable period (7) = 10 days
Maliyyə hesabatlarından istifadə etməklə operating cycle-ı hesablamaq üçün formulalardan istifadə etmək lazımdır,ancaq mən o detallara düşüb mövzunu uzatmaq istəmirəm. Bu izahın kifayət olduğunu düşünüb Net Operating Cycle-ın izahına keçmək istəyirəm.
Net Operating Cycle
İzaha keçməzdən öncə onu vurğulayım ki,bu terminin digər adı Cash Conversion Cycle adlanır. Müqayisəlilik prinsipini qorumaq üçün yuxarıdakı nümunə üzərindən məsələni davam edim ki, daha rahat başa düşülsün. Biz yuxarıda operating cycle hesablayan zaman malı nağd yoxsa nisyə aldıq? Əgər nisyə aldıqsa nisyə almış olduğumuz malın pulunu nə zaman ödəmişik deyə bir sual vermədik. Bunu ona görə etmədik ki, operating cycle hesablayan zaman bu bizə lazım deyildi. Amma biz Net Operating Cycle hesablayan zaman bu sualı verəcəyik. Elə isə nümunə üzərindən fikrimizi izah edək.
Net Operating Cycle – şirkəin almış olduğu mallara ödədiyi pulla şirkətin satmış olduğu mala görə qəbul etdiyi pul arasında keçən zaman periodu hesab olunur.
Deyək ki, şirkət 12 yanvar tarixində nisyə mal alışı edir, 15 yanvar tarixində malları satır, 16 yanvar tarixində nisyə aldığı malın pulunu ödəyir və 22 yanvar tarixində satdığı malların pulunu alır. Bu halda net operating cycle mal alışının pulunun ödəndiyi tarix (16 yanvar) ilə pul vəsaitinin mədaxil olmasına qədər (22 yanvar) olan periodu əhatə edir, yəni net operating cycle 6 gündür (22-16). Şirkətin net operating cycle-ı həmin şirkətin nə qədər effektli olmasını göstərir. Şirkət hər zaman çalışmalıdır ki, net operating cycle az olsun.
Net operating cycle ilə bağlı formula da var,amma mən hesab edirəm ki, çox detala getməyə ehtiyac yoxdur . Net operating cycle ilə bağlı formulanı aşağıda qeyd edib onun mahiyyətini izah edəcəm:
Operating cycle = Inventory period + accounts receivable period – payable period
Yuxarıda qeyd edilmiş düstura əsasən Net operating cycle inventory period ilə accounts receivable period-un cəminə və payable period-un fərqinə bərabərdir. Gəlin baxaq ki,inventory period,accounts receivable period və payable period nə deməkdir.
Inventory period – bu terminin mahiyyəti o deməkdir ki, mal aldığımız dövrdən həmin malı satmağa qədər neçə gün keçmişdir. Yuxarıdakı nümunədə biz malı 12 yanvarda almışdır və həmin malı 15 yanvarda satmışdıq. Demək ki, inventory period 3 gündür. İnventory period nə qədər az olsa bir o qədər şirkət əməliyyatlarında daha effektiv sayılır.
Account receivable period – bu terminin mahiyyəti o deməkdir ki, satış etdiyimiz dövrdən vəsaitlərin mədaxilinə qədər neçə gün keçmişdir. Yuxarıdakı nümunədə biz malı 15 yanvarda satmışdıq və həmin malın pulunu 22 yanvarda almışdıq. Demək ki, account receivable period 7 gündür. Account receivable nə qədər az olsa bir o qədər şirkət əməliyyatlarında daha effektiv sayılır.
Payable period – bu terminin mahiyyəti ondadır ki, mal alışı tarixi ilə malın ödənişinin edildiyi tarix arasında neçə gün keçmişdir. Yuxarıdakı nümunədə biz malı 12 yanvar tarixində almışdıq və 16 yanvar tarixində ödənişi etmişdik. Yəni payable period 4 gün təşkil etmişdi. Payable period nə qədər çox olsa (məhkəməlik olmasın amma)bir o qədər şirkət əməliyyatlarında daha effektiv sayılır.
Yenidən yuxarıdakı formulaya qayıtsaq biz yenə eyni rəqəmi (6 gün) almış olacağıq.
Net operating cycle = inventory period (3)+ accounts receivable period (7) – payable period (4) = 6 days
Mövzunun daha dərininə getmədən burada yekunlaşdırağ. Ümid edirəm faydalı bir post olar…
Müşviq Bayramzadə.