Mənfəət və Zərər hesabatında xərclərin təsnifatı. (Classification of expenses).

Salam, dostlar! Bu gün Sizlərlə növbəti maraq doğura biləcək yazımı paylaşmaq istərdim. Bilirik ki, Maliyyə Hesabatlarının adları və formatı spesifik olaraq IAS 1-lə tənzimlənir (Ümumi olaraq isə Conceptual Framework-ün 3-7-ci Chapter-lərində bu mövzuya toxunulur ). Bu yazıda 4 maliyyə hesabatından biri olan Mənfəət və Zərər Haqqında Hesabatda xərclərin təsnifatına toxunmaq istərdim. İlk öncə onu vurğulayım ki, bu hesabatın tam adı Mənfəət və Zərər və Digər Müfəssəl Gəlir hesabatı (Profit or Loss and Other Comprehensive Income). Yəni bu hesabat 2 hissədən ibarətdir:

  1. Mənfəət və Zərər hesabatı (Profit or Loss) – burada şirkətin əsas fəaliyyəti ilə bağlı olan gəlir və xərclər qeyd olunur.
  2. Digər Müfəssəl Gəlir hesabatı (Other Comprehensive Income) – burada şirkətin əsas fəaliyyəti ilə bağlı olmayan gəlir və xərclər qeyd olunur. Mövzumuz bu olmasa da onu qeyd edim ki, bu hesabatda 6 əsas maddə qeyd edilir. Onlara toxunmayacam, çünki çox uzun mövzulardır və daha çox törəmə müəssisələri və bir növ maliyyə institutlarına yaxınlığı ilə seçilən müəssisələrdə bunlara rast gəlinir. Bu hesabata bizə ən çox tanış olanlara nümunə olaraq əsas vəsaitin yenidənqiymətləndirməsindən yaranan gəlir, satış üçün nəzərdə tutulan maliyyə aktivlərinin dəyərində yaranan artımdan formlaşana gəlirləri aid edə bilərik. Qeyd etdiyim kimi əsas mövzumuz bu olmadığından burada bu mövzunu dayandırmağı doğru hesab edib əsas mövzuya keçid alıram.

Qeyd elədik ki, Mənfəət və Zərər Haqqında Hesabatda gəlir və xərclər qeyd olunur. Məsələ bundan ibarətdir ki, IAS 1-ə görə bu xərclər ya xarakterinə görə (by nature) ya funksionallığına görə (by function) ya da qarışıq əsasda (nature+function) Mənfəət və Zərər hesabatında qeyd edilə bilər.

Nə demək istədiyimi konkret misal üzərindən izah edim!

Təsəvvür edək ki, XX şirkətinin fərqli məkanlarda anbarları var və bu anbarları digər müəssisələrə icarəyə verir. Sonradan şirkətin rəhbərliyi dəyişir və yeni rəhbərlik müəyyən qədər əməliyyat strukturunda dəyişikliklər edir. Əvvəllər anbarda çalışan işçilər spesifik olaraq müəyyən anbarlara işçi kimi təyin olunurdular və yalnız o anbarlarda çalışırdılar. Yeni strukturda isə qərar verilir ki, bu işçilər rotasiya edilsin və fərqli zamanlarda fərqli anbarlarda çalışsınlar və eyni zamanda müəyyən inzibati işçilər işdən çıxarılır və anbrada çalışan işçilər artıq həm də işdən çıxarılan inzibati heyyətin də işlərini icra etməli olurlar.

Bu zaman xərclərin təsnifatı ilə bağlı müəyyən problem ortaya çıxır. Əvvəllər anbarda çalışan işçilərin əməkhaqqıları göstərilən xidmətin maya dəyərinə daxil edilib hesabatda əks etdirilirdisə (çünki bu işçilər anbarda çalışırdılar) yeni struktur dəyişikliyindən sonra əmək haqqı xərcləri sadəcə işçi heyyəti xərcləri (personnel expenses) kimi qeyd edilib,yəni xidmətin maya dəyərinə daxil edilməyib və məcmu mənfəətdən (gross profit) sonra işçi heyyəti xərcləri (personnel expenses) başlığı ilə xərc kateqoriyası olaraq qeyd edilmişdir. Burada yaranan problem odur ki, əvvəlki ilin xidmətin maya dəyərinə bu xərc daxil edilib,bu ilin xidmətin maya dəyərdində bu xərc fərqli cür təsnif edildiyinə görə bu ilin məcmu mənfəəti (gross profit) artmışdır. Təbii ki, analitik nöqteyi nəzərdən də bu problemdir.

Bəs əslində necə olmalıdır?!

Yuxarıda qeyd elədik ki, IAS 1-ə görə xərcləri ya xarakterinə (by nature) ya funksiyasına (by function) ya da qarışıq əsasda (mixed basis) təsnifləşdirə bilərik.

#1.Təbiətinə görə xərclərin klassifikasiyası (Expense classification by nature)

Bu cür təsnifatlaşdırma ən asan təsnifatlaşdırma sayılır. Çünki burada sadəcə xərclərin adını və məbləğlərini qeyd edirik. Məsələn, əmək haqqı xərci,amortizasiya xərci,bank qarantiya xərci vəs. Bizə önəmli deyil ki bu inzibati xərcdir,maliyyə xərcidir,marketinq xərcidir vəs. Yəni bu cür təsnifatlaşdırma çox rahatdır və praktikada da kifayət qədər belə müəəsisə görmüşəm. Buna da standart icazə verir. (Qeyd: Bu metodun tərəfdarıyam kimi başa düşülməsin 🙂 )

#2.Funksionallığına görə xərclərin klassifikasiyası (Expense classification by function)

Burada da xərclərin adları qeyd edilsə də burada inzibati,maliyyə vəs olaraq təsnifatlaşdırma gedir. Əgər biz bütün amortizasiya xərclərini,əmək haqqı xərclərin vəs. heç fərqinə varmadan ki, bu xidmətin maya dəyərinə yaxud da ki inzibati xərclərə aiddir və xərcin sadəcə adını yazaraq qarşısına məbləği yazırıqsa deməli biz xərcləri xarakterinə (by nature) təsnif eləmişik, yox əgər biz inzibati işçilərin əmək haqqılarını və anbar işçilərinin əmək haqqlarını ayıraraq xidmətin maya dəyərinə və inzibati xərclərə müvafiq olaraq əlavə etmişiksə deməli biz xərcləri funksionallığına görə (by function) təsnif eləmişik.

İndi isə gələk bizim məsələyə:

Yuxarıdakı misalda biz xərcləri əvvəl funskionallığına görə təsnif etmişik və xidmətin maya dəyərinə daxil etmişik, amma yeni strukturda isə biz xərcləri xarakterinə görə təsnif edərək isçi heyyəti xərci kimi əlavə etmişik. Baxmayaraq ki, standart hər 2 təsnifata icazə verir, amma standartın 2 əsas tələbi var ki,onları pozmuşuq.

  1. Hesabatda əks etdirmənin ardıcıllığı (Consistency of accounting) – bu qaydaya görə və IFRS 1 -First time adoption of IFRS (IAS 1 başqadır IFRS 1 başqadır) biz uçotda metodu dəyişiriksə ən azı bundan öncəki ilin əvvəlindən bütün rəqəmləri yeni metodla təsnif etməliyik.
  2. Hesabatda rəqmlərin müqayisə edilə bilən olması (Comparative feature of information) – biz yuxarıdakı misalda heç cür rəqəmləri müqayisə edə bilmirik. Çünki 1-ci ildə xidmətin maya dəyərinə daxil edilən xərcləri 2-ci il daxil etmədən ayrıca olaraq işçi xərcləri kimi təsnif etmişik və süni olaraq xidmətin maya dəyəri aşağı düşmüş olur.

Bütün deyilənləri nəzərə alaraq yeni struktur dəyişkliyindən sonra xərcləri işçi heyyəti xərcləri (personnel expenses) təsnif etmişiksə əvvəlki ildə də həmin xərci xidmətin maya dəyərində çıxarıb işçi heyyəti xərcləri (personnel expenses) kimi təsnif etməliyik..

Çalışdığım qədər lokonik yazdım. Faydalı olma ümidilə…

Müşviq Bayramzadə.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top