Salam,dostlar. Sizlərlə kiçik bir hekayəni paylaşmaq istərdim. Sonluq hissəyə görə öncədən üzrlü hesab etməyinizi rica edəcəm. Bu hekayədə həm öyrənməli məqam var həm də biraz işin içinə əyləncə qarışmış olur.
Hekayə!
Bir gün böyük istehsal müəssisələrindin birinin audit prosesi olur. Auditdə işləyənlər yaxşı bilər ki, yeni işə başlayanlara üçün ən önəmsiz görünən tapşırıqları yükləyərlər (heç kimin xətrinə dəyməsin lütfən, öyrənməyin yolu işin fəhləliyindən başlayar) . Bizim bu qəhrəmanımız da işə yeni başladığından buna meneceri anbardakı mal-materialların sayım və dəyərləndirilməsini tapşırır. Həmin istehsal müəssisəsinində maliyyə direktoru (CFO -Chief Financial Officer) hər hansı məsələdə problemlələ üzləşəcəyi halda müraciət edə biləcəyini deyir.
İşini zamanında bitirmək üçün bizim qəhrəman mal-materialların qeydiyyatı ilə bağlı şirkətin aidiyyatı şöbəsinə mail yazır və ona bir excel sənədi göndərilir. Sənədi açıb baxır ki, sütunların birində mal-materialların adlı siyahısı var digər sütunda isə onların miqdarı və məbləği qeyd olunub. Təbii ki, prosesi bilən bizim bu qəhrəmanın növbəti addımı həqiqətən o excel sənədində olan mal-materialların sayının doğruluğu əks etdirdiyini yoxlamaq olmalıdır,yəni fiziki saya əmin olmalı idi. Amma elə bu anda gözünə sataşır ki, bəs mal-materialların miqdarı ilə bağlı 2 sütun var. Hər sütunda da fərqli rəqəmlər yazılıb. Bunun nə oldğunu düşünmək belə istəmədən tez maliyyə direktorunun yanına qaçır qapını döyür və içəri girir. Bu vaxt maliyyə direktoru növbəti iclasa hazırlaşmaq üçün hesabatları nəzərdən keçirirdi ki, bizim qəhrəman onu qabaqlayır və soruşur:
– Balaca qəhraman: ” Bəs niyə bu sənəddə mal-materialların miqdarını göstərən 2 sütun var”
–Maliyyə direktoru: ” Bu sütunlardan biri nəzəri sayım sütunudur (theoretical count) digəri isə faktiki sayımı göstərir. Yəni ki, birinci sütunda biz sistem üzrə əməliyyatlardan sonra anbar qalığını qeyd etmişik, digər sütunda isə hesabat tarixində faktiki sayım edib miqdarı qeyd etmişik”
Qəhrəmanımız bu cavabdan çox sevinir və məntiqli gəlir və tez gedir işini davam etdirməyə. Biraz işlədikdən sonra baxır ki, əlavə bir sütun da var (nə hikmətdirsə) o sütunda isə nəzəri sayım sütunu ilə faktiki sayım arasındakı fərq qeyd olunub. Təcrübəsizlikdən və bir də öz bildiyini edib səhv etmə qorxusundan bu sualın da cavabını soruşmaq üçün yenə gedir maliyyə direktorunun yanına. Bu zaman uzun görüşdən çıxmış CFO baxır ki, yenə gəlib balaca qəhraman. Biraz əsəbləşsə də (bu mənzərə auditorlara çox tanışdır – C level-larla işləyən zaman bezdiricilik qorxusu) sualı dinləyir.
– Balaca qəhraman: ” Bu sütunda digər 2 sütunun fərqi qeyd olunub. Bu nə üçündür?”
-Maliyyə direktoru: ” Biraz əsəbi halda maliyyə direktoru cavablayır ki, axı siz bunu sınaq balansından (trial balance) görməli idiz ( Yazıq qəhrəman hardan görsün ki, trial balance-ı).Maliyyə direktoru davam edir ki, əgər faktiki say sistem üzrə saydan çoxdursa biz bunu mənfəət və zərər hesabatında sayım artıq (inventory count surplus) kimi tanıyaraq digər gəlir kimi qeyd edirik, əgər faktiki say sistem üzrə saydan azdırsa biz bunu mənfəət və zərər hesabatında sayım əskik (inventory count deficit) kimi tanıyaraq xərc kimi qeyd edirik “
Qeyd: Maliyyə direktorunun qeyd etdiyi sayım artıq və sayım əskik ilə bağlı məsələni biraz açıqlayım. Deyək ki bizim anbarda A məhsulundan dövrün əvvəlində 15 ədəd var idi. Bu məhsulun deyək ki, 1 ədədinin qiyməti AZN 5-dir. Biz bu maldan faktiki olaraq 7 ədəd satış eləsək də texniki səbəbdən sistemdə 5 ədəd satış vurulur.
Malın anbardan çıxışının müxabirləşməsinə keçməzdən öncə onu deyim ki, müxabirləşmələr sistem üzərindən aparıldığından sistemdə elə görsənəcək ki, AZN 25 dəyərində (AZN 5*5) mal anbardan çıxıb və satışın maya dəyərində AZN 25 görsənəcək. Halbuki biz əslində AZN 35 (AZN 5*7) dəyərində mal satmışıq. Yəni satılan malın maya dəyərini az göstərmişik.
Mal-materialların satışının müxabirləşməsi hamımıza bəllidir (sistem üzərindən):
DR Satılan malın maya dəyəri – AZN 25
CR mal-material ehtiyatı – AZN 25
Yuxarıda da qeyd etdiyimiz kimi sistem üzrə anbarda 10 ədəd mal qaldığı görsənsə də faktiki sayımda 8 ədəd mal qaldığı görsənir və buna sayım əskikliyi (inventory count deficit) deyirik və bunu xərcə tanıyırıq (bu məhsulun maya dəyərinə yoxsa digər xərclərəmi yazılmalıdır kimi mövzuya toxunub hədəfdən kənarlaşmaq istəmirəm. Sadəlik üçün belə qalsın). Beləliklə biz bu sayım əskikliyini də xərcə tanıdıqdan sonra artıq hesabat düzəlir. Analoji hal sayım artıqlığa da aiddir.
Bu cavabdan sonra da bizim qəhraman tez iş başına gedir. Bu arada özü də hiss edir ki, maliyyə direktorunu əməllicə bezdirib. Biraz işlədikdən sonra ağlına bir sual da gəlir
Axı görəsən bunlar mal-materialları hansı metodla dəyərləndirir?! (FIFO yoxsa AVCO)
Çətin də olsa yenə də gedir maliyyə direktorunun yanına. İçəri girəndə hiss edir CFO-nun reaksiyasını. Amma deyir day gəlmişəm sualı verim.
– Balaca qəhraman: ” Siz mal-materialları hansı metodla dəyərləndirirsiz?”
-Maliyyə direktoru: ” FOFO”
Balaca qəhrəman ilk dəfə idi ki, belə metod eşitdiyi üçün təəccüblənir və soruşur ki bu nə metoddur. Əminəm ki F*ck off Find Out deyə aldığı cavab bu qəhramanın heç vaxt xatirəsindən silinməyəcək.
Zamanınızı ayırdığınız üçün təşəkkürlər!
Müşviq Bayramzadə.