Dostlar,bu mövzu əsasən ACCA tələbələri üçün olsa da, məsələnin praktiki önəmi olduğu üçün faydalı olacağını düşünürəm.
Vaxt itirmədən mövzuya keçək. Bilirsiz ki, IASB əvvəl IAS (International Accounting Standards) adı hazırladığı standartları sonradan IFRS adı ilə buraxmağa başladı. 2003-cü ildən sonra çıxan bütün standartlar IAS adı ilə deyil IFRS adı ilə buraxılmağa başlanıldı. Bu o demək deyil ki,əvvəl buraxılmış IAS-lar qüvvədən düşmüş sayılır. Doğrudur,bəzi IAS-lar müəyyən çatışmazlıqlara görə qüvvədən düşmüş və yeni IFRS onu əvəz etmişdir. Amma mütləq yeni standartın giriş hissəsində qeyd olunur ki,bu standart əvvəlki hansı standartı əvəz edir. Məsələn: Əvvəl gəlirlərin tanınması IAS 18 -Revenue standartı ilə tənzimlənirdisə artıq bu standartı IFRS 15 -Revenue from contracts with customers əvəz etmişdir. Və ya əvvəl İcarələr IAS 17 ilə tənzimlənirdisə 2019-cu ilin 1 yanvarından IFRS 16 ilə əvəz edilmişdir. (Yeri gəlmişkən zamanım olsa bu standartla bağlı ödənişsiz təlim keçmə planım var).
IASB təşkilat olaraq IFRS dən əvvəl Conseptual Framework hazırlamışdır. 8 fəsildən ibarətdir və çox önəmli və faydalı hesab edirəm. (Son variantı 2018-ci ildə dəyişilib).
Nədir bu Conseptual Framework?!
Mən bunu sözün açığı Konstitusiyaya bənzədirəm. Bilirik ki, hər hansı məcəllə (məs: əmək,vergi,mülki vəs.) hazırlanarkən konstitusiyanın təməl prinsiplərini əsas götürür və ona zidd olmamalıdır. Yəni bir növ məcəllələr konstitusiyadan qaynaqlanır. Conceptual Framework də bunun kimidir və hazırlanan IFRS-lər bu sənədə əsaslanır və oradakı prinsipləri əsas götürür.
İndi isə gələk əsas məsələyə.
Dedik ki,Conseptuaı Framework 8 Chapter-dən ibarətdir. Son yəni 8-ci Chapter Capital and Capital Maintenance (Kapital və Kapital saxlanması) ilə bağlıdır. Burada 2 termindən istifadə edilir.
1. Financial Capital – bu termin kapital (equity) və ya net assets ( assets -liabilities) ilə sinonimdir. Burada şirkətin kapitalının qorunması və mənfəət əldə edilməsindən danışılır. Qeyd edilir ki,şirkət kapitalını mənfəət hesabına qoruyub saxlamalıdır və şirkət o halda mənfəət əldə etmiş sayılır ki, dövrün sonundakı kapital və ya xalis aktivlər dövrün əvvəlindəki kapital və ya xalis aktivlərdən çox olsun. Amma buraya səhmdarın yatırdığı kapital və ya səhmdara ödənən dividend aid edilmir. Nə demək istəyirəm?! Yəni səmdarın qoyduğu vəsait (share capital) xalis aktivləri artırsa da bu şirkətin öz fəaliyyəti deyil deyə biz deyə bilmərik ki,şirkət mənfəət qazanmışdır. Qısacası şirkət o zaman uğurlu olur ki,öz kapitalını qoruyub saxlasın və bu qoruyub saxlama isə mənfəətin artımı hesabına olsun.
2. Physical Capital – burada da o vurğulanır ki,şirkət öz kapitalını qoruyub saxlasın və mənfəət qazansın. Yəni kapitalını mənfəət artımı hesabına qorusun. Amma burada şirkətin mənfəət qazanması deyəndə şirkətin capacity-sinin artımı nəzərdə tutulur. Məsələn əgər şirkət bu il 10,000 ton şokolad istehsal edirsə və növbəti il bu həcmi 15,000 tona qaldırıbsa deməli şirkət öz kapitalını qoruya bilib və mənfəət qazanıb.
Deyə bilərsiz ki, bəlkə şirkət 15,000 ton istehsal edib amma 10,000 ton istehsal etdiyi haldan daha az mənfəət qazanıb. (Mən burada iqtisadi production curve-lərə girib məsələni mürəkkəbləşdirmək istəmirəm)
Ola bilər bu hal olsun. Elə ona görə də həm Financial həm də Physical capital maintenance termini paralel verilib ki,şirkət capacity-ni artırmaqla bərabər net asset-ləri də artırırsa o zaman uğurlu şirkət sayılır.
Vaxtınızı ayırdığınız üçün təşəkkürlər!
Müşviq Bayramzadə