Məhdudlaşmış Pul Cash Flow-da Necə Əks Etdirilir?
Salam, dostlar. Bu gün sizlərlə qeyd etdiyim 24-cü məlumatı bölüşəcəm.
Bu yazı 22-ci qeydimdə izah etdiyim məhdudlaşdırılmış pul vəsaitinin (restricted cash) maliyyə hesabatlarında necə əks etdirilməsini ilə bağlıdır. Və 22-ci qeydimin 1 tık daha genişləndirilmiş versiyasıdır. Ona görə də bu qeydi oxumamışdan qabağ mövzunun daha aydın olması üçün 22-ci Məhdudlaşmış Pulu Balans Hesabatında Göstərmək haqqındakı qeydi oxuyub daha sonar bu qeydə qayıtmağı məsləhət görərdim.
Case Study:
Tikinti şirkəti olaraq fəlaiyyət göstərdiyinizi düşünün. Və hava limanlarının tikintisi ilə məşğulsuz. Podratçı şirkətlə $200,000,000 dəyərində müqavilə bağlamısız. FIDIC-ə istinad edilərək sizə 5% ($10,000,000) avans ödənilir. Amma şərtlrə görə vaxtında təhvil verməsəz (təxmini 2 il nəzərdə tutulur) vəsaitdən istifadə edə bilməyəcəksiz. Buna görə də həmin vəsait 3 tərəfli razılaşmaya əsəsən escrow hesabda saxlanılır. Bu vəsaiti həm Balans hesabatında, həm də Pul Vəsaitinin Hərəkəti hesabatında necə əks etdirəcəyik?
Case Study izahı
Bilirik ki pul vəsaiti və onun ekvivalentləri IAS7 standartı ilə tənzimlənir. Bu standartda gəlin baxaq ki, cash və cash ekvivalenti deyəndə nə nəzərdə tutulur?
- Cash (221 və 223 nömrəli hesab) – buraya 2 maddə daxildir. Birincisi bank və kassa hesabında olan vəsait (cash on hand). İkincisi isə tələb edilə bilən depozit (demand depozit). Yuxarıdakı nümunədə bizim aldığımız avansa toxuna bilmədiyimiz üçün bu cash sayıla bilməz, yəni cash-ə daxil olan 2 maddənin heç birinin tələbini ödəmir.
- Cash ekvivalenti (225 nömrəli hesab) – buraya ödəmə tarixi (maturity date) 3 ay və daha aşağı olan və dəyəri bazarda əhəmiyyətli dəyişikliyə məruz qalmayan qiymətli kağızlar (T-bills, bonds, veksel, və s.) nəzərdə tutulur. Amma bu izahdan da görünür ki, yuxarıda aldığımız avans cash ekvivalenti də ola bilmir.
Bəs sual yaranır ki, bu alınan avansı harada əks etdirəcəyik?
Qeyd! 221-226 nömrəli hesablar pul vəsaiti və onun ekvivalenti sayılır.
Balans Hesabatında və Cash Flow-da Necə Əks Etdirilir?
Yuxarıdakı nümunədə alınmış avansı Balans hesabatında digər maliyyə aktivləri (other financial assets) və ya məhdudlaşdırılmış pul vəsaiti (restricted cash) kimi əks olunacaq. Amma çox önəmli bir məsələ var ki, bu alınmış avansı qısamüddətli və uzunmüddətli kateqoriyaya düzgün bölməlisiz. Əks halda maliyyə hesabatlarında Kovenantları poza bilərsiz ki, bu da ciddi sanksiyalara səbəb ola bilər.
Alınmış avans Cash Flow hesabatında Operating cash inflow hissəsində əks etdiriləcək. Amma Balans Hesabatında əks etdirilən maddə adı burada da qalmalıdır.
Faydalı olması diləyi ilə….
Müşviq Bayramzadə.