FIFO,LIFO yoxsa FEFO.

Salam dostlar. Sizlərlə faydalı və bilgiləndirici hesab etdiyim kiçik bir şeyi
paylaşmaq istərdim. Bilirsiz ki, mal-materialların (inventory)
uçotu,qiymətləndirilməsi və hesabatda əks etdirilməsi IAS 2- Inventory standartı
ilə tənzimlənir. (Təbii ki,burada IAS 1-in tələbini də unutmaq olmaz. Amma o
başqa mövzu olduğu üçün toxunmayacam).
Bəzən elə başa düşülür ki, şirkət özünün uçot siyasətində (accounting policy)
FIFO (First in,First out) metodunu seçdisə, demək ki anbara ilk gələn malları
birinci olaraq satmalıdır. Bəziləri də arqument gətirir ki,məhz bu səbəbə görə
LIFO (Last in First out) IFRS də qadağan edilib.
Əgər FIFO metoduna malların anbardan çıxmasının satış ardıcıllığı kimi
baxırıqsa o zaman aşağıdakı məntiqi suallar yaranır:

  1. İndiyə qədər IASB (International Accounting Standard Board – IFRS i
    yaradan təşkilatın adı) LIFO metoduna icazə verirdi. Belə çıxır ki,şirkətlər
    anbara ən son girən malı birinci olaraqmı satırdılar?! Hansı şirkət belə edər ki?!
    Təzə malları satıb köhnələri saxlamaq))
  2. Hal-hazırda FASB (Financial Accounting Standard Board – US GAAP ı
    yaradan təşkilatın adı) LIFO metoduna icazə verir. Bu o deməkdirmi ki,
    amerkanlar təzə malları əvvəlcə satıb sonra köhnələri satırlar?! Haşiyədən
    kənara çıxım; bəzən GAAP (Generally Accepted Accounting Principles)
    deyəndə elə başa düşülür ki bu amerikan uçot standartlarıdır. Əslində isə hər
    ölkənin öz GAAP-ı var. Əgər UK GAAP yazsaq burada söhbət Böyük
    Britaniyanın uçot standartlarından gedir. Ona görə də US abbreviaturası GAAP
    qarşısında yazılır ki,söhbətin hansı ölkənin uçot standartlarından getdiyi bəlli
    olsun.
    Əslində bəs necədir?!
    IAS 2-yə baxdığımız zaman görünür ki, istər FIFO,istər LIFO,istərsə də AVCO
    mal-materialların dəyərləndirilməsi (Inventory Valuation) ilə bağlıdır. Yəni
    hansı metodu tətbiq etməyinizin malların anbardan satış ardıcıllığına heç bir
    dəxli yoxdur.
    Mallar anbardan satışa FEFO (First expired First out) metodu ilə gedir. Yəni
    istifadə müddəti tez bitənlər ilkin olaraq satışa verilir.
    Maraqlı qeyd: Türkiyədə marketlərin birində vitrində malların köhnəlməsi
    prosesi baş verir. Bu malların da müddəti keçir və anbara qayıdır. Səbəb onda
    idi ki fərqli istehsal tarixləri və fərqli istifadə müddətləri olan eyni brend mallar
    vitrinə düzülmüşdü və istehlakçı da alış elədiyi zaman təbii ki,tarixlərə baxıb ən
    yenisini götürürdü və köhnələr vitrində qalırdı.Bundan sonra qərar verilir
    ki,vitrinə ancaq eyni istifafə müddəti olan mallar düzülsün. Öz aramızdır bu
    problem Bakıda marketlərin əksəriyyətində var.
    Zamanınızı ayırdığınız üçün təşəkkürlər!
    Müşviq Bayramzadə

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top