ƏSAS VƏSAİT (PROPERTY,PLANT AND EQUİPMENT) YOXSA İNVESTİSİYA MÜLKİYYƏTİ (INVESTMENT PROPERTY)?

Salam,hörmətli qrup üzvləri.

Bu gün Sizlərlə daha bir maraq doğuran və fikir ayrılığına səbəb olan bir mövzu haqqında paylaşım edəcəm. Bu mövzu haqında yazmazdan öncə onu vurğulayım ki,mühasibat uçotunda Maliyyə Nazirliyin təsdiq etdiyi hesablar planı (3 rəqəmli kodlar) beynəlxalq standartın (IFRS) tələblərinə uyğun hazırlanmışdır və IAS 1 Presentation of Financial Statements və Conceptual Framework of Financial Statements-a uyğunlaşdırılmışdır. Bunu vurğulamağımın da xüsusi səbəbi vardır. Hesablar planına nəzər yetirsək biz həm 111- Torpaq,Tikili və Avadanlıqların dəyəri (Property,Plant and Equipment – Cost) həm də 121 – İnvestisiya mülkiyyətinin dəyəri (Investment Property – Cost) deyə 2 fərqli hesab olduğunu görəcəyik. Məhz bu yazımda ayrılması çətinlik yaradan bu 2 hesab haqqında yazacam. Əsas fikrimi izah etdikdən sonra keçid alaq izaha.

111 Əsas Vəsaitin Dəyəri (Property,Plant and Equipment – Cost)

Bu barədə əminəm ki,qrupda olan hər kəsin detallı məlumatı vardır. Bu mövzu da həddindən artıq uzun və mürəkkəb olduğundan detallara düşmə niyyətində deyiləm. Çünki mövzu complex asset-lərə qədər uzanmış olacaq. Bizdən soruşsalar ki, əsas vəsait nədir biz bəlkə də heç düşünmədən aşağıdakı kateqoriyalara bölmüş olacağıq.

a) Torpaq (Land)

b)Tikili (Building)

c)Maşın və avdanlıqlar (Plant,Machinery and Equipment)

d) Nəqliyyat vasitələri (Vehicles) vəs.

Amma məsələ odur ki,axı biz heç tərif (definition) vermədən bu kateqoriyaları böldük. Bəlkə mən məqliyyat vasitəsini satmaq üçün almışam? Bu zaman bunu əsas vəsait kimi adlandıra bilmərəm. Demək istədiyim odur ki, kateqoriyalara bölməzdən öncə əsas vəsaitin tanımını (recognition) və tərifini (definition) verməliyik.

Qısaca onu vurğulayım ki, Əsas Vəsaitlər (PPE – Property,Plant and Equipment) IAS 16 standartı ilə tənzimlənir. Bu standarta nəzər yetirsək görərik ki, biz nələrə əsas vəsait deyirik. Əsas vəsaitlərin tanınma kriteriyasında 2 önəmli məsələ vardır.

  1. Gələcəkdə iqtisadi səmərə gətirməlidir (Future economic benefit should flow to the company, ie should be used more than one operating cycle or period)
  2. Cost-u dəyərləndirilə bilinməlidir (Cost should be estimated reliably)

Bu 2 əsas məsələdən sonra IAS 16 standartına yenidən nəzər salırıq və görürük ki, yuxarıda kateqoriyalara ayırdığımız (a,b,c,d) əsas vəsaitləri 3 müxtəlif məqsəd üçün istifadə edə bilərik. Analitik nöqteyi nəzərdən və detallı CAPEX təhlilində bunu çox önəmli hesab edirəm. Bu 3 əsas məqsəd də aşağıdakılardır.

1. Ya əsas vəsaiti istehsal prosesində və ya xidmət göstərmək üçün istifadə edəcəm (will be used in the production process or rendering a service)

2. Ya icarə vermiş olacam (operational lease or rent)

3. Ya da öz inzibati məqsədlərim üçün istifadə edəcəm (for administrative purpose)

Mövzunu çox uzatmayacam və yuxarıda yazdığım bütün hər şeyi ümumiləşdirib yazıram.

“Gələcəkdə iqtisadi səmərə gözlədiyimiz və 1 ildən artıq müddətdə istifadə edə biləcəyimiz və cost-u mütləq müəyyənləşdirilə bilinən və 4 əsas kateqoriyaya (şərti) böldüyümüz (torpaq,tikili,qurğu və mexanizm və nəqliyyat vasitələri) və 3 əsas məqsədlə istifadə edə bildiyimiz (məhsul və xidmətlərin istehsalında,icarə və inzibati) vəsaitlərə Əsas Vəsait (Property,Plant and Equipment) deyəcəyik”

Çox uzun bir mövzunu burada tamamlayıb İnvestisita Mülkiyyətinə keçid alım…

121 İnvestisiya Mülkiyyətinin Dəyəri (Investment Property – Cost)

Bu daha çox Real Estate Analysis (Daşınmaz Əmlakın təhlili) mövzusuna aid olsa da reporting baxımından məsələyə toxunacam. İnvestisiya mülkiyyəti mövzusunu isə IAS 40 Investment Property standartı tənzimləyir. Çox detala düşmədən IAS 16 ilə IAS 40 arasında çaşqınlıq yaradan məqamı qeyd edəcəm. Hər zaman müqayisəlilik prinsipini dəstəklədiyim üçün yazımı eyni mexanizmlə davam etdirib IAS 16 üçün yazmış olduğum ardıcıllıqları IAS 40 üçün də yazacam. İl öncə başlayaq kateqoriyalardan. Yuxarıda əsas vəsait üçün 4 əsas kateqoriya ayırmışdıq. Amma yadda saxlamaq lazım ki, İnvestisiya Mülkiyyəti üçün sadəcə aşağıdakı 2 kateqoriya mövcuddur.

a)Torpaq (Land)

b)Tikili (Building)

Yəni Əsas Vəsaitlər üçün keçərli olan Qurğu və Mexanizmlər,Nəqliyyat Vasitələri burada yoxdur. Çünki bunlar İnvestisiya mülkiyyəti sayıla bilməz. Amma məsələ burasındadır ki,məndə Torpaq və Tikili varsa bu həm Əsas vəsait həm də İnvestisiya mülkiyyəti ola bilər. Bəs bunu necə ayırd edəcəyik? Elə isə davam edək…

Yuxarıda qeyd etmişdik ki, Əsas Vəsaitlər 3 əsas məqsədə xidmət edir. Amma İnvestisiya mülkiyyətində 2 əsas məqsədə xidmət etmə dayanır. Bu məqsədlər aşağıdakılardır.

a) biz torpaq və tikilini almışıq və onu istifadə etmirik və dəyərinin artmasını gözləyirik ki,gələcəkdə sataq (capital appreciation)

b)torpaq və tikilini başqasına icarəyə vermişik (for rental purposes)

Bu 2 əsas məqsəd artıq bizdə müəyyən qədər İnvestisiya mülkiyyəti haqqında fikir yaratmış olur. Yəni biz torpaq və ya tikilinin dəyərinin artımın gözləmə niyyəti ilə almışıqsa və istifadə etmiriksə bu Əsas Vəsait yox İnvestisiya mülkiyyəti olacaq. Bu hissə asandır. Amma çətinlik 2-ci məqsəddə yaranır. Çünki Torpaq və Tikilini icarəyə vermək həm IAS 16-da həm də IAS 40-da var. Bəs bunları necə fərqləndirəcəyik?

Fərqləndirək…

Əgər bizim profilimiz sırf torpaq və binanı icarəyə verməkdirsə (Port Baku,Caspian Plaza, Dəmirçi Plaza vəs kimi) o zaman bu IAS 40-la tənzimlənəcək və bizim Balans Hesabatında İnvestisiya mülkiyyəti (121) hesabında əks olunacaq,yox əgər bizim profilimiz icarəyə vermək deyilsə sadəcə əlavə yerimiz qalıbsa icarəyə veririksə bu zaman bu torpaq və tikili IAS 16 ilə tənzimlənəcək və Balans Hesabatında Əsas Vəsait (111) hesabında əks olunacaq.

Mövzu çox uzandı və bəlkə də sizi yordum,amma düşünürəm ki,fikrimi burada tamamlayım…

Maraqlı və kiçik bir qeyd. Bəs deyirdilər icarə ilə bağlı təzə standart çıxıb IFRS 16 Lease. Bəs icarələr bu standartla tənzimlənirdi,bunun IAS 16 və IAS 40-da nə işi var? Əslində çox maraqlı və çətin sualdır))) Zaman olsa bu barədə də yazmağa çalışacam…

Faydalı olması diləyi ilə….

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top