Salam, dostlar. Bu gün 25-ci yazımda Maliyyə Hesabatlarını Hazırlamaq haqqında kiçik bir qeyd paylaşmaq istəyirəm.
Maliyyə Hesabatlarını hazırlamaq və onları şərh edə bilmək, mühasiblərin, xüsusən də maliyyəçilərin işinin bir parçasıdır. Bir çox Ratio (əmsal)-lar, DUPOND təhlillər, Anova Testing və s. analizlərə kimi gedir bu sahənin dərinlikləri. Amma bizim prinsipimiz sadəliyi qorumaqdır. Ona görə də, bu kiçik qeydimizdə Mənfəət və Zərər Hesabatının (Statement of Profit or Loss) və Pul Vəsaitinin Hərəkəti Haqqında Hesabatının ( Statement of Cash Flow) bizim nə işimizə yaradığının kiçik bir parçasına toxunacağıq.
Bu 2 hesabatın funksiyalarından biri də şirkətə işçi axtararkən *Doğru mütəxəssisi tapmaq* dır. Nə demək istəyirəm? Əgər şirkət mənfəətlidirsə, lakin nağd pulu çatmırsa o zaman şirkət olaraq sizin maliyyə mütəxəssisinə ehtiyacınız var. Elə bir adama ki, şirkət üçün əlavə maliyyələşmə məsələsini həll edə bilsin. Əgər şirkət nağd pulu olduğu halda mənfəətsizdirsə, onun əməliyyat mütəxəssisinə ehtiyacı var. Yəni xərcləri aşağı salsın və xərcləri proporsional artırmadan gəlir yarada bilsin. Buna görə də Maliyyə Hesabatları sizə, sadəcə, həmin şirkətdə nələrin baş verdiyini göstərmir. Həm də *hansı mütəxəssis* ə ehtiyac olduğunu da göstərir.
Müşviq Bayramzadə.