İşini təxminlərlə deyil “Qeyd” ilə planla.



Şirkətlər
Satış etdiyiniz və ya birlikdə çalışdığınız şirkətləri “Qeyd”ə əlavə edin və sövdələşmələrinizi, tapşırıqlarınızı, zənglərinizi vahid sistemdən idarə edin.

Müştərilər
Şirkətiniz üçün vahid müştəri bazası yaradın, mövcud müştəri bazasını sistemə əlavə edərək asanlıqla satışlarınızı idarə edin.

Sövdələşmələr
İşinizi mərhələlərə bölün və şirkətdəki mövcud vəziyyətdən həmişə xəbərdar olun. Fərqli məhsullara və biznes sahələrinə görə birdən çox lövhə və mərhələlər yaradın.

Tapşırıqlar
Günlük, həftəlik, aylıq tapşırıqları planlaşdırın və onların yerinə yetirilməsinə nəzarət edin. Tapşırıqları sövdələşmələrlə əlaqələndirin və zəng, görüş və digər planlarınız nəzərinizdən qaçmasın.

Heyət
Komandanızı şöbələr üzrə heyət bölməsi ilə formalaşdırın və icazələrini asanlıqla redaktə edin.

İcazə qrupları
Şirkət strukturuna uyğun şöbələrin icazələrini nizamlayın, hər bir əməkdaşınız üçün fərdi “Qeyd”i formalaşdırın.

Edilənlər cədvəli
Edilənlər cədvəli ilə heyətinizin nə zaman, nə etdiyinə asanlıqla nəzarət edin.

Uğursuzluq səbəbləri
Şirkətinizin uğursuzluq səbəblərini qeyd edərək biznesinizin çatışmazlıqlarını müəyyən edin, onlar üzərində təhlillər edərək inkişafa nail olun.

Analitika
Komandanızın və şirkətinizin vaxt aralıqlarında aktivliyini qrafiklərlə analiz edin.

İnteqrasiyalar
Müxtəlif sistemlərlə inteqrasiya edərək vahid həllə işlərinizi optimallaşdırın.
