Salam dostlar. Sizlərlə 31-ci yazımda İləri Səviyyə IFRS haqqında bir qeyd paylaşmaq istəyirəm. Bizim Advances Level IFRS dərs paketimiz bütün IFRS standartlarını əhatə edir. və 400+ video dərs mövcuddur. Maksimum kontekst olaraq hazırladığımız üçün bütün incə detallar nəzərə alınmışdır.
Ən önəmli məsələlərdən biri isə dərslərdə standartları izah edərkən dünyanın ən məşhur şirkətləri üzərindən nümunələr göstəririk.
Dərslərimizdə Apple, Netflix,Google, Amazon, Facebook, Whatsapp, HP, Autonomy, Bausch and Lomb, Spartan, Dreamwork, Exxon Mobil və s. şirkətlərin maliyyə təhlillərini edirik.
Gəlin qısaca nümunə göstərim…
Paylaşmış olduğum foto bizim, Cash Flow, Profit or Loss and Intangible Assets mövzusuna aid dərsdir. Burada nəyi izah edirik.
Diqqətlə şəklə baxsaz görəcəksiz ki, Amazonun illik satış rəqəmi 136 milyard dollardır. Netflix-də isə 8.8 milyard dollardır. Bu şirkətləri müqayisə etmək üçün Common-Size analizdən istifadə etmişik. Yəni rəqəm əsasında deyil faizlərə çevirmişik ki, müqayisəliliyi qoruya bilək.
Amazonun Net Profit marjasına baxsaz (Net profit / sales) satışın 1.7% olduğunu görəcəksiz. Netflix-də isə bu rəqəm 2.1%-dir. İlk diqqətimizi çəkən məqam odur ki, Netflix daha mənfəətli şirkətdir.
Əgər hər şey yolunda getmiş olsaydı Əməliyyat Fəaliyyətindən pul vəsaiti də Netflixdə daha çox olmalı idi. Ən azı müsbət rəqəm gözləyirdik. Amma şəkildən də görsənir ki, Amazonun satışlarının 12.1%-i Net Operating Cash Flow-dur. (CFO). Bununla bağlı Jeff Bezosun xüsusi açıqlaması var. Və dərsdə bu hissəyə xüsusi toxunmuşuq.
Amma Netflixə baxanda CFO nəinki Amazondan daha yüksək faizdir, əksinə mənfi 16.7%-dir. Yəni, CFO mənfi göstərcidir. Və bu şirkət üçün çox təhlükəlidir. Bununla bağlı da xüsusi təhlillərimiz var. Amma mövzunu çox uzatmadan bu hissədə dayanaraq davam edək.
İndi sual odur Netflixdə bu necə olub?))
İzaha keçək…
Deməli Netflix film hazırlayan zaman, onlara külli miqdarda vəsait xərcləyir. Bu xərclənən pullar Netflix üçün qeyri-maddi aktiv hesab olunur (Intangible Assets). Normalda US GAAP-ın tələbi var ki, qeyri-maddi aktivləri heç vaxt kapitallaşdırmaq olmaz. Və xərcə silinməlidir. Təbii bəzi istisnalar var. Amma bu mövzumuz deyil. Amma Şoubiznesə US GAAP-ın xüsusi yanaşması var ki, həmin xərcləri kapitallaşdırmağa icazə var. Deməli bu vəsaitlər Mənfəət / Zərər Hesabatına düşmədiyi üçün Net Profit yüksəkdir.
İkinci məsələ. Normalda bu xərclənən vəsaitlər başqa tip şirkət oısaydı pul vəsaitinin investisiya bölümünə düşməli idi. Amma US GAAP-ın xüsusi yanaşması tələb edir ki, Netflix bu vəsaiti Operating Cash Flow hissəyə daxil etsin.
Məhz buna görə də, Netflix net profiti müsbət amma CFO mənfidir…
Bildiyiniz kimi qeyd.az saytında paylaşdığım məlumatlar öz təcrübələrim, öyrəndiklərim və oxuduğum məlumatlardan kiçik bir qeyddir. Bu saytda qeyd etdiyim məlumatları öyrənməyimə vəsilə olan və müəllimlərimdən biri olan Müşfiq Bayramzadə üçün təşəkkür qeydi yazmağı özümə borc bilirəm.
Ümid edirəm iləri səviyyə IFRS haqqında paylaşdığım qeyd sizlər üçün faydalı olar. Daha ətraflı məlumat üçün IFRS-in Tətbiqi mövzusunu da oxuya bilərsiniz. Vaxt ayırıb oxuduğunuz üçün təşəkkürlər.
İlqar Şükürlü.