İmkanlar Tariflər
Qeydiyyat Daxil ol

İstifadəçi və ödəniş şərtləri

Giriş.

“Qeyd”ə xoş gəlmisiniz. “Qeyd” sizə işinizi asan və planlaşdırılmış formada həyata keçirilməsini təmin edən bulud əsaslı xidmətdir. “Qeyd”in xidmətlərindən istifadə etməzdən əvvəl İstifadəçi şərtləri və “Qeyd” Məxfilik Siyasətini oxumalı, anlamalı və razılaşmalısınız. Bu İstifadəçi şərtləri sizinlə “Qeyd” arasındakı razılaşmanı təşkil edir. Xidmət haqqında bir sualınız olduqda və ya nəyinsə necə işlədiyini bilmək itədiyiniz zaman bu İstifadəçi şərtlərinə yenidən baxmağınızı tövsiyə edirik.

İstifadəçi şərtlərinin qəbulu.

Sahibkar kimi ödənişli və ya ödənişsiz olaraq xidməti istifadə edərkən, veb saytımızı ziyarət edərkən, https://qeyd.az/privacy-policy/ ünvanında mövcud olan bu İstifadəçi şərtləri ilə razılaşmış olursunuz. Əlavə olaraq, bu İstifadəçi şərtlərində olan və ya açıq şəkildə göstərilən bütün şərtləri oxumalı, onlarla razılaşmalı və qəbul etməlisiniz, o cümlədən "Qeyd"in Məxfilik Siyasətini də qəbul etməlisiniz. Bu İstifadəçi şərtləri ilə razılaşmırsınızsa, veb saytımız və proqram təminatımız da daxil olmaqla xidmətlərdən istifadə etməməlisiniz. İstənilən şərtlərin pozulması hesabınızın bağlanması ilə nəticələnəcək. İstifadəçi şərtləri ilə bağlı suallar [email protected] ünvanına göndərilə bilər.

Şəxsi məlumat və təhlükəsizlik.

Xidmətdən istifadə etmək üçün ilk öncə siz “Qeyd”in veb saytından və ya mobil tətbiqi vasitəsi ilə qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan sonra sizin üçün fərdi profil yaradılacaq və siz müstəqil olaraq profilinizə məlumatları əlavə edə və hesaba giriş edə bilərsiniz. Qeydiyyat zamanı təqdim olunan məlumatların dolğunluğunu və mütəmadi olaraq yenilənməsi öhdəliyini siz daşıyırsınız.

Xidmət vasitəsilə “Qeyd” təqdim etdiyiniz şəxsi məlumat “Qeyd” Məxfilik Siyasəti ilə idarə olunur. İstifadəçi adınızın, parolunuzun və digər məxfi məlumatların məxfiliyinə görə məsuliyyət daşıyırsınız. Siz istifadəçi hesabınızda baş verən bütün fəaliyyətlərə görə məsuliyyət daşıyırsınız. İstifadəçi hesabınızın icazəsiz istifadəsi aşkarlandıqda bu barədə [email protected] ünvanına e-mail göndərə və ya https://qeyd.az/ saytında göstərilən əlaqə vasitəsilə bizə müraciət edə bilərsiniz. “Qeyd” veb saytında və mobil tətbiqindəki istifadəçi hesabınıza icazəsiz giriş, istifadə nəticəsində və ya başqa şəkildə sizə və ya hər hansı üçüncü tərəfə dəyən itki və ziyana görə məsuliyyət daşımırıq.

Ödənişlər.

“Qeyd”də xidmətlər müxtəlif müddətlər üzrə tarif planları altında mövcuddur. Ödənişli tarif planınızı pulsuz tarif planına endirmək istədiyiniz halda bizə müraciət etməlisiniz. Tarif planınız hər abunə dövrünün sonunda avtomatik olaraq yenilənmir, lakin ödəniş vaxtından öncə sistem daxilində bunun haqqında məlumat göstərilir. Tarif planınızı yeniləmədiyiniz halda sistemə girişiniz məhdudlaşdırılacaq. 6 ay müddətində ödəniş etməzsəniz, sistemdəki məlumatlarınız avtomatik olaraq silinəcək və bərpa etmək mümkün olmayacaq..

Məhdudiyyətlər.

“Qeyd” aşağıdakı hallarda məhdudiyyətlər qoya bilər.

  • “Qeyd” istədiyi vaxt istənilən qeydiyyatdan imtina edə və ya istənilən hesabı ləğv edə bilər.
  • Xidmətdən hər hansı bir qanunsuz fəaliyyət üçün istifadə edə bilməzsiniz.
  • Xidmətdən istənilməyən e-mail ("spam") və ya viruslar kimi zərərli material yaymaq üçün istifadə edə bilməzsiniz.
  • “Qeyd” hər hansı bir səbəbdən xəbərdarlıq etmədən xidməti dəyişdirmək, dayandırmaq və ya ləğv etmək hüququnu özündə saxlayır.
  • "Qeyd"in veb saytına və ya mobil tətbiqinə edilən sui-istifadə və ya həddən artıq tez-tez edilən müraciətlər hesabınızın xidmətə girişinin müvəqqəti və ya daimi olaraq dayandırılmasına səbəb ola bilər.
  • Xidmətdən icazəsiz məlumat əldə etmək üçün istifadə edə bilməzsiniz.