Bu gün Sizlərlə Advanced IFRS-də IAS 7 – Cash Flow standartı ilə bağlı maraqlı məqamı paylaşmaq istərdim.
İlk öncə Case-i deyək daha sonra cavabımıza keçid alaq.
Case Study: Təsəvvür edək ki, bir tikinti şirkətində çalışırıq və bu şirkət yol tikinti işlərinin icrası ilə məşğuldur. Ümumilikdə layihə 4 il davam edəcək və layihə başlayanda müştəri bizə $100,000 avans ödənişi edir. Amma məsələ bundadır ki, bu pul vəsaiti üçün bir escrow hesab açılır. Escrow hesab deyəndə nəzərdə o tutulur ki, bu pul vəsaiti bankda xüsusi bir hesabda saxlanılır və həmin vəsait bloklanmışdır. Bu vəsaitdən istifadə edə bilmirik. Biz bu vəsaiti yalnız layihənin 50%-ni icra etdiyimiz zaman istifadə edə biləcəyik.
Sual ondan ibarətdir ki, bu vəsaiti biz Balans Hesabatında necə əks etdirəcəyik və Cash Flow-da necə əks etdirəcəyik?
Kiçik haşiyə 1: Bu məsələnin nəzəri tərəfi olsa da, praktikamda bu halla çox rastlaşmışam və bizim Video dərs paketlərinin də üstün tərəfi praktiki nümunələr əsasında mövzuların izahıdır.
Kiçik haşiyə 2: Bloklanmış pul vəsaiti başqa hallarda da ola bilər. Məsələn, hesaba gələn araşdırma ilə bağlı blok (layihələrin bank maliyyələşdirilməsi təcrübəsi olanlara əminəm ki, bu tanış məsələdir) və s.
Yuxarıda da yazdığım kimi, bloklanmış pul vəsaiti bir neçə ssenaridə ola bilər. Amma mən mövzuya yuxarıdakı case study ilə davam edəcəm. Bloklanmış olan $100,000 məbləği Balans Hesabatına və Cash Flow hesabatına təsir etdiyi üçün cavabları da 2 istiqamətə ayıracam:
Bloklanmış pul vəsaitinin (Blocked cash or Restricted Cash) Balans Hesabatında əks etdirilməsi.
IAS 7 – Cash Flow standartında biz Cash and Cash equivalentlərin hərəkətini əks etdirən hesabat hazırlayırıq. Əvvəlcə müəyyən edək ki, bloklanmış məbləğ cash yoxsa cash equivalent-dir?
Cash – biz cash dediyimiz zaman ya kassada olan pulu,ya bankda olan pulu ya da tələbə əsasən əldə edilə bilən bank depozitini nəzərdə tuturuq. Demək ki, cash elə bir şeydir ki, istənilən anda istifadə edə bilərik. Amma bloklalanmış pul vəsaitini istifadə edə bilmədiyimizdən deməli bu cash maddəsi deyil.
Cash equivalent – burada biz dəyərində çox flaktuasiya olmayan və 3 ay ərzində pula çevrilə biləcək qiymətli kağızları nəzərdə tuturuq. Biz bloklanmış puldan 2 il ərzində istifadə edə bilmədiyimizə görə deməli bu vəsait pul vəsaitinin ekvivalenti də ola bilmir.
O zaman suak yaranır ki, bəs bu vəsaiti harada əks etdirəcəyik?! Bu praktikası olan şirkətlərin Balans Hesabatına baxsaz həmin pulu Uzunmüddətli aktivlərin içində ya Other Financial Asset ya da Restricted Cash maddəsi altında əks etdirilər. Gəlin qısaca uçota baxaq.
Dr Other financial asset (restricted cash) -$100,000
Cr Unearned revenue (deferred revenue) – $100,000
Qeyd: Unearned revenue qazanılmamış gəlir deməkdir və öhdəlik maddəsini əks etdirir.
Bloklanmış pul vəsaitinin (Blocked cash or Restricted Cash) Cash Flow hesabatında əks etdirilməsi
Əsas çətinlik burada yaranır və şirkətlərin çətinlik çəkdiyi məqam bloklanmış pul vəsaitini Cash Flow hesabatında harada əks etdirməklə bağlıdır. Bizim əlimizdə 2 əsas standart var: IFRS və US GAAP.
Niyə bu 2 standartı vurğuladım, çünki bu 2 standart bloklanmış pul vəsaitinin cash Flow-da əks etdirilməsinə fərqli şəkildə yanaşır.
İlk öncə gəlin US GAAP ilə başlayaq. IFRS-dən fərqli olaraq US GAAP restricted cash maddəsini cash and cash equivalnetin tərkib hissəsi kimi görür. Bu nə deməkdir, qısaca izah etməyə çalışacam. Cash and Cash equivalent maddələrinin özlərinin arasında olan yerdəyişmələr heç zaman cash flow hesabatında əks etdirilmir. Məsələn, deyək ki bank hesabımızda $500 məbləğ var, kassada isə $100 var. Bank hesabından kassaya $300 transfer edilir. Bunun müxabirləşməsi aşağıdakı kimi olacaq:
Dr Kassa (221) -$300
Cr Bank hesabı (223) -$300
Bu müxabirləşmə balans hesabının cash and cash equivalent maddələri arasında olan yerdəyişmədir və sadəcə balans hesabatına təsir edir. Cash Flow hesabatında isə bu hərəkət əks etdirilməyəcək. Kassa ilə bank arasında bu cür transferlə bağlı IFRS və US GAAP yanaşması eynidir. Hər ikisi deyir ki, cash and cash equivalent maddələri arasında yerdəyişmə olsa onu Cash Flow-da əks etdirməyə,yəni əməliyyat,investisiya və maliyyə fəaliyyətinə aid etməyə gərək yoxdu.
Amma restricted cash ilə bağlı yanaşma fərqlidir.
IFRS-də restricted cash-i ya əməliyyat,ya investisiya ya da maliyyə fəaliyyətində əks etdirməliyik amma US GAAP restricted cash və bank arasında yerdəyişmə ilə kassa və bank arasında yerdəyişməyə eyni baxır və cash flow-da bu əks olunmur.
Ümid edirəm ki, faydalı olacaq
Vaxt ayırıb oxuduğunuz üçün təşəkkürlər…
Müşviq Bayramzadə.