Login: Parol: Qeydiyyat | Parolu unutmusan?

Mübarək Ramazan ayı

Sorğu

» Uzun illər bəşəriyyəti narahat edən sual - ?


Canon
Nikon

Reklam

Conversation Club
21-06-2010, 17:34

Foto müsabiqələr...

Müəllif: Numizmat | Mövzu: Xəbərlər, Foto, Oxumağa dəyər | Baxış sayı: 511

Hal-hazırda virtual səsvermə yolu ilə keçirilən foto müsabiqələr.
Gəlin bu müsabiqələr haqda öz obtektiv qeydlərimizi edək...

---------------------------------------------------------------------------------------------
- "BAKU" jurnalının rəsmi veb səhifəsində təşkil olunan foto müsabiqə - Mövzu: "Bakı" - Səsvermə iyun ayının 24-nə kimi davam edəcək.
---------------------------------------------------------------------------------------------
- "UnitedSport" geyim mağazasının təşkil etdiyi foto manipulyasia yarışması - Mövzu: Modellərin bədən hissələri görsənmədən, firmanın geyimlərini maraqlı tərzdə təqdim etmək. Səsvermə iyul ayının 1-nə kimi FaceBook.com-da ən çox qazanılan "LIKE" sayına görə müəyyənləşdiriləcək.
---------------------------------------------------------------------------------------------
- "iStudiya"nın rəhbəri fotoqraf İsa Aydının təşkil etdiyi fotomüsabiqələr. Ən yaxşı portret fotosu. Səsvermə FaceBook.com sosial şəbəkəsində "LIKE" sayına görə aparılır. Lakin hal-hazırda davam edən müsabiqə "cığallıq" edənlərin ucbatından təxirə salındı.
---------------------------------------------------------------------------------------------
Keçirilən bu yarışmalar haqda müxtəlif rəylər var. Xüsusən də FaceBook.com sosial şəbəkəsində keçirilən müabiqələrə hal-hazırda daha çox maraq var. Mənə bu keçirilən yarışmalarda gülməli gələn və eyni zamanda təəssüf doğuran məqamlar var. Bəziləri bu yarışmaları çox ciddi qəbul edir, yaddan çıxardırlar ki, bu sadəcə bir oyundur. Bundan əlavə bir çoxları kritikanı heç bəyənmir. İştirakçılar bir-birilərin əsərlərində, işlərində nöqsanları qeyd etməklə, sağlam rəqabət aparmaqla daha çox təcrübə əldə edib nəsə öyrənə bilərlər. Ümidvaram ki, nə vaxtsa belə də olacaq...
- Keçirilən bu müsabiqələr haqda sizin fikirlərinizi öyrənmək maraqlı olardı. Bəyəndiyiniz və bəyənmədiyiniz cəhətlər. Özünüz bu müsabiqələrdə iştirak edirsinizmi?

Şərh yazmaq üçün qeydiyyatdan keçməlisiniz. Hörmətlə QEYD.AZ
#17 Şərh etdi: Gunka (31 Avqust 2010 01:17)
Isa Aydinin seyfesinde olan fotolari adama zornan like eletdirirler kiminki yaxinin fotosu var orda
MSN: --
#16 Şərh etdi: Musa.az (25 İyun 2010 12:01)
Men inaniram sen qalib olacaqsan 
MSN: yox
#15 Şərh etdi: LugaNO (24 İyun 2010 15:16)

Burda iştirakçının əl işi ilə yanaşı dəstək olanlarıda çox rol oynayır. Güclü olan qalib gəlsin ))

MSN: --
#14 Şərh etdi: vuqar_134 (22 İyun 2010 19:02)

mence Like etmeynen. veya dostlarina qrup vasitesi ile mesaj yazmaqlaki bunu like edinle musabiqe etmey olmazeee :(

lotu

MSN: vuqar999@hotmail.com
#13 Şərh etdi: Togrul Mammadov (22 İyun 2010 13:20)
Я надеюсь только лишь на то, что конкурс организованный магазином "United Sport" пройдёт честно. Хотя бы со стороны организаторов, а не так как у Иса Айдына. Конкурс есть, а победителя нет.

Что касается системы "Like", тот тут с самого начала ясно, что это делается для раскрутки бренда и для увеличения количества фанов.
До начала конкурса в группе "United Sport" было менее 1000 фанов, сейчас их количество превышает 4200.. И думаю это их больше устраивает, нежели сидеть и выберать опытных судей :)
Так, что думаю тут всё вполне честно. Те кто хочет справедливого и объективного голосования - должны проходить мимо подобных конкурсов :)
MSN: --
#12 Şərh etdi: Habib Muradov (22 İyun 2010 10:46)
Fotokubun bir zamanlar cox aktiv idi. Indi isə əksinə. Bu belə də olmalı idi. Çünki klubu idarə edənlər iş sahibləri və gəncdirlər. Vaxt azlığı, maliyyə catışmamazlığı klubu inkişaf etməyə imkan vermədi. Nəqədər onlar öz ciblərindən müxtəlif işlərə pul xərcləyə bilərdilər. Başqa ölkələrdə dövlət tərəfindən bu işdə məşğul olanlara stipentiya kimi aylıq məvaciblər verilir incəsənətə qoyduğu yatırımlara görə. Məlumatlardan izləyirəm və müşahidə edirəm ki klublar dərnəklər qrtmaqdadı. Bizdə isə yox dərəcəsindədir. Bunsuz inkişaf çox çətindir. Sanki fotoqraflar bir istiqamət seçə bilmirlər. Bir çox şəkillərdə digərlərdən kopyalanmış olur.
MSN: --
#11 Şərh etdi: Strange (22 İyun 2010 03:39)
eldunya,
taamiyle raziyam
MSN: --
#10 Şərh etdi: eldunya (22 İyun 2010 03:33)

əgər bu cür Like verməklə müsabiqə olacaqsa dəstəkləmirəm, mənədə tez -tez deyirlər like ver, mənde deyirəm vermiyəcəm...Həbib-ə qatılıram, bu ancaq təşkilatçıalrın xeyrinə gedir, reklam..iştirakçını isə bazara salıbıar
əvvəllər fb-da Photo Club ancaq münsiflər heyətinin seçimi ilə həftədə 1-dəfə virtual foto müsabiəq keçirirdi, ama 7-ci həftədən sonra onlarda da passivləşmə başaldı.
Məncə məhz peşəkar münsiflər heyətinin seçimi ilə müsabiqə olsa daha ayxşı olardı

MSN: --
#9 Şərh etdi: Strange (21 İyun 2010 23:52)
bashdan ayaga qirgin dava "leviy" sesler ve sss bir sozle ne bilim
MSN: --
#8 Şərh etdi: Numizmat (21 İyun 2010 21:23)
Habib Muradov,
Düzdü Bakı jurnalı üçün çox-çox zəif təşkil edilib.
MSN: --
#7 Şərh etdi: Habib Muradov (21 İyun 2010 20:31)
Habibchik,

Necə yəni bu mövzu elə danışmaq üçündür münasibət üçündür. Yaxşı sərgi üçün yaxşı fotoqrafiya olmalıdır.

Tural,

Mən də müsabiqələri yaxşı sayıram. Amma bu cür yox. Konkret insanların şəxsi məqsədidir. İnan ki bu "like" kompaniyası əksinə təşkilatçıların xeyrinədir. Amma fotoqrafa nə verir anlamıram. Fotoqrafiya peşəndirsə öz yerində amma müsabiqə haradasa bacarığını, istedadını göstərməlisən axı. Lap deyək ki Qalıb oldun. Kim bu qalibiyyətiylə qürur duyacaq ?

Numizmat,

Baki jurnalını mən çox bəyənirəm. Jurnal kifayət qədər keyfiyyətlidir. Amma onlayn müsabiqə çox zəif təşkil olunub. Hətta üstündə yazı olan, kollaj düzəldiləm şəkillərdə gördüm orda. Bunu daha da yüksək səviyyədə etmək olardı və yaxud başqa seçim olmayıb
MSN: --
#6 Şərh etdi: Numizmat (21 İyun 2010 19:37)
Habib Muradov,
+1, razıyam sənlə..

UnitedSport ve Baku jurnalinin yarishmasinda özüm iştirak etsəm də belə, qeyd etdiyim bu cür yarışmalar sirr deyilki sırf bu yarışları təşkil edən firma, şirkətin PR üçün təşkil edilir. Əlbəttəki, hal-hazırkı bu tip yarışları fotoqrafiya sənətinin inkişafı üçün təşkil edilən bir müsabiqə hesab etmək olmaz. Bu faktdır. Amma yazdığım PR xarakterli bu yarışmaların da olması normal haldır. Necə deyərlər "azadlıq"dır, kim istəyir, necə istəyir, hansı niyyətlə istəyir (istər reklam xarakterli olsun, istərsə də digər..) yarış təşkil edir :). Və heç kimi də bu yarışda iştirak etməyə məcbur etmirlər... :)
Sitat: Habibchik
Yaxshi siz kecirin normal ishtirak edek...
 
İnşAllah, o da olacaq...
MSN: --
#5 Şərh etdi: Tural (21 İyun 2010 18:39)
Məncə yaxşı bir şeydir. həm özüvü tanıdırsan. yəni öz bacarığını istedadını göstərirsən. Murad Daddaşov deməli "Niyədə yox" Numizmat buna görə sənində dəstəkləyirəm. uğurlar.
MSN: --
#4 Şərh etdi: Habibchik (21 İyun 2010 18:02)

Hami danishir

Yaxshi siz kecirin normal ishtirak edek...

MSN: --
#3 Şərh etdi: Habib Muradov (21 İyun 2010 17:55)
Facebookda keçirilən müsabiqələrə ona görə maraq marki burada "like" toplama kompanıyası gedir. Təmiz rəqabət yoxdur. İştirakçı sanki müsabiqənin mahiyyətini düzgün qəbul etmir. Burada hədəf layiqli qalib olmaqdır. Pul qazanmaq yox. Bunlara maraqın 90 %-ni maddi maraq təşkil edir. United Sport-un müsabiqəsinə isə fotomüsabiqə demək də gülüncdür. İşlərin əksəriyyətini qrafik redaktor tamamlayıb.
MSN: --
#2 Şərh etdi: Maybach (21 İyun 2010 17:55)

Facebook-da keçirilən foto "müsabiqə"lər mənə görə keçirən təşkilat üçün yalnız reklam, tanıtım xarakteri daşıyır, həm bu, həm digər səbəblərdən ciddi qəbul etmirəm.



--------------------
MSN: --
#1 Şərh etdi: Emin Mathers (21 İyun 2010 17:51)
Esasen bu musabiqelerde esas olan, en yaxshi foto yox, en chox dost - tanishi ses vermeye cagirmaq qabiliyeti daha ustundur  pc
MSN: --

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Qeyd edilənlər!


AzeriFire

Sayğac