Login: Parol: Qeydiyyat | Parolu unutmusan?

Mübarək Ramazan ayı

Sorğu

» Uzun illər bəşəriyyəti narahat edən sual - ?


Canon
Nikon

Reklam

Conversation Club
3-05-2010, 14:41

Pinhol fotoqrafiya

Müəllif: Numizmat | Mövzu: Xəbərlər, Foto, Oxumağa dəyər | Baxış sayı: 737

Pinhol fotoqrafiya Azərbaycanda

NƏDİR BU, PİNHOL FOTOQRAFİYA?

Pinhol fotoqrafiya linzasız amma kiçik dəlik vasitəsilə çəkilir. Pinhol dəliyin ölçüsü çümlənin sonundakı nöqtənin ölçüsü qədərdir. Fotoşəkilləri kiçik dəliylə təhciz olunmuş requlyar kameralarla, o cümlədən rəqəmsal kameralarla da çəkmək mümkündür. Daha gözəl nəticələr linzasız fotoqrafiya üçün düzəldilən kiçik dəlikli pinhole kameralar vasitəsiylə əldə edilə bilər. Müxtəlif əşyalardan-ayaqqabı qutularından, çay qutularından və buna bənzər qutulardan özünüz düzəltdiyiniz kameralar çox yaradıcı, məzəli və didaktikdir. İşıqkeçirməz düzəldilə bilən istənilən konteynerdən pinhol kamera qurmaq mümkündür. İnsanların artan sayı göstərir ki, pinhole fotoqrafiyanın çəlbedici təcrübəsinə maraq daim artmaqdadır. İlk dəfə 2001-ci ildə 24 ölkədən 291 pinhol fotoqraf internet sərgisində iştirak etmişdir. 2008-ci ildə iştirakçıların sayı 62 ölkədən 2628-ə çatmışdır. Ötən il isə onların sayı 69 ölkədən 3202 nəfər idi.

Pinhol səbir fotoqrafiyasıdır. Ənənəvi fotoqrafiyada, eləcədə rəqəmsal fotoqrafiyada durmadan çəkmək olar və müəyyən yerləri biz sonradan görmüş oluruq. Pinhol fotoqraf isə çəkəcəyi obyekt üzərində daha diqqətli seçim edir. O dayanmadan çəkə bilməz.


---
Azərbaycanda ilk dəfə pinhol fotoqrafiya günü fotoqraf Sitarə İbrahimova, Həbib Muradovun təşkilatçılığı ilə
və Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə keçirildi.

 

Bu ilin Aprein 25-də Ümumdünya Pinhol Fotoqrafiya günü Bakıda da qeyd edildi.

 

[Pinhol foto]





Azərbaycanda pinhol fotoqrafiya inkişafında və təbliğində böyük rolu olan, eyni zamanda bu məqalənin hazırlanmasında yardımçı olan Həbib Muradova öz təşəkkürümü bildirirəm.
-----------------------------------------------------------------
Azərbaycanda pinhol fotoqrafiya haqqında yenilikləri bu səhifələrdən oxuya bilərsiz:
http://www.habibmuradov.blogspot.com/
FaceBook

Şərh yazmaq üçün qeydiyyatdan keçməlisiniz. Hörmətlə QEYD.AZ
#14 Şərh etdi: Deviant (12 May 2010 16:12)
Necə düzəldildiyinə blogda da baxdım, amma tam başa düşmədim :(
MSN: --
#13 Şərh etdi: AntiKrizis (7 May 2010 17:25)
maraqli xeberdi bilmedim indi oyrendim sagol
MSN: --
#12 Şərh etdi: Habib Muradov (4 May 2010 22:37)
MRenat,
Çox sevindim . Məndə səbirsizliklə nəticəni gözləyəcəyəm.Uğurlar
MSN: --
#11 Şərh etdi: MRenat (4 May 2010 21:33)
Habib Muradov,
Təşəkkür! Çox maraqlıdır, tezliklə test edəcəm.
MSN: --
#10 Şərh etdi: Habib Muradov (4 May 2010 07:44)
Gorillaz,
Lentdən asılıdır, bəli olur.
MSN: --
#9 Şərh etdi: Gorillaz (4 May 2010 02:20)
Tekce rengsiz fotolar cekmek olur?
MSN: --
#8 Şərh etdi: Habib Muradov (3 May 2010 23:29)
Gorillaz,

Fərqi odurki bu kameralarla linzasız çəkilir. Yəni çoxlarımızın arzu etdiyimiz qırmızı belbağılı bahalı linzalar bir qırağa burada nazik dəmir listə iynə ilə açılmış dəlikdən çəkilir. Həm də bu kameralar demək olar ki heçnədən və ya çox ucuz qiymətə başa gəlir. İstifadəsi çox sadədir. Qəliz funksiyalar mexanizimlar istisna təşkil edir. Qaranlıq qutu, qarşısında fotolent. Qapağı açıb işiğı içəri buraxırsan müəyyən miqdarda qapağı örtürsən. Budur fotoqrafiya hazırdır. Pinhole Day saytının əsas məqsədi çox sadə primitiv kamera ilə az pul xərcləməklə də göz oxşayan fotoşəkillər əldə etməyi göstərmək, təbliğ etmək istəyir.

MRenat,

Əlbəttə düzəldə bilər. bu çox sadədir. Adı kibrit qutusundan belə düzəltmək olar. Cəmi 20-25 dəqiqə vaxt aparar. Bloqumda hətta bu kamera ilə test şəkilləridə var.
MSN: --
#7 Şərh etdi: MRenat (3 May 2010 22:27)
Çox maraqlıdır.
Bir şeyi düz başa düşdüm? - Pinhol kamerasını hamı düzəldə bilər?
MSN: --
#6 Şərh etdi: Gorillaz (3 May 2010 20:56)
Mən başa düşmədim bu işi. Normal bildiyimiz fotografiyadan fərqi nədir?
MSN: --
#5 Şərh etdi: Strange (3 May 2010 20:17)
ilk defedi eshidirdim cox sag ol melumata gore indiden bildim
MSN: --
#4 Şərh etdi: Habib Muradov (3 May 2010 13:55)
Məlumatı yerləşdirdiyin üçün dərin təşəkkürlər Numizmat. Ən azından pinhol fotoqrafiy haqqında məlumatı olan daha çox olar. Pinhol kamerası kamera obuskuradır ona stenopda deyirlər. Kamera obuskura böyük ölçüdə olsada pinhol kamira kiçikdir ona nisbətən. Kamera obuskuranın yaşı çox böyükdür. Hətta deyilənə görə Arximedin yazılarındada bu qurğuya rast gəlinir.
MSN: --
#3 Şərh etdi: Numizmat (3 May 2010 13:15)

Bu işi təşkil edənlərə halal olsun! Tarix yazırlar....!

MSN: --
#2 Şərh etdi: LugaNO (3 May 2010 12:43)
Düzü bu fotoqraflıq haqqında 1-ci dəfədir eşidirəm,yəqin İndiki gündə az istifadə olunar. Maraqlıdır. Maraqlı məlumatdır tea
MSN: --
#1 Şərh etdi: Tural (3 May 2010 12:41)
Bu fotoqrafiyanın bir qoludur fikrimcə və ən əsasıda pinhol fotoqrafiyanında maraqlı görüntüləri var. mən bəyəndim bunu. bu haqda indi xəbər tutdum və buna görə Numizmat əməyin böyükdür. Təşəkkürlər...
MSN: --

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Qeyd edilənlər!


AzeriFire

Sayğac