Login: Parol: Qeydiyyat | Parolu unutmusan?

Mübarək Ramazan ayı

Sorğu

» Uzun illər bəşəriyyəti narahat edən sual - ?


Canon
Nikon

Reklam

Conversation Club
24-01-2010, 16:16

Sevda Ələkbərzadə

Müəllif: Numizmat | Mövzu: Xəbərlər, Məkan, Musiqi | Baxış sayı: 503

Yanvarın 22-23 tarixində Sevda Ələkbərzadənin Bakı Caz Mərkəzində
xeyriyyə məqsədli konserti keçirildi.
--------------------------------------------------------------------------------------------------
Caz musiqisinin həvəskarı kimi, bu tədbiri saytımda qeyd etməyi özümə borc bildim. Sevda Ələkbərzadənin sənətinə vurğun olduğum üçün Bakıda və xaricdə keçirilən konsertlərdə daim tamaşaçı kimi iştirak etməyə çalışmışıq. Hər zaman konsertlər musiqiçilərin gözəl ifaları ilə möhtəşəm keçib. Yanvarın 22-23-ü Bakı Caz Mərkəzində xeyriyyə məqsədi ilə keçirilən kiçik konsert proqramına dostum SalamOFF-la birgə getdik.
Konsertdə Rahib Azəri tamaşaçıları salamlayıb Cəmil Əmirovla "Savab" ansamblını səhnəyə dəvət etdi. Onu qeyd edim ki, Rahib Azərinin dəfələrlə tamaşaçıların sakitliyə riayət edib, siqaret çəkməmələrini xahiş etsə də, bəziləri buna əhəmiyyət vermirdi.
Daha sonra fasilə elan edildi və fasilədən sonra Sevda Ələkbərzadə səhnəyə çıxdı. Tamaşaçıları səmimi salamlayan müğənni gözəl, canlı ifası ilə hamını valeh etdi. Konsert proqramı çox kiçik olsa da, onu deyə bilərik ki, işdən sonra yorğun iştirak etdiyimiz konsertdə həqiqətən istirahət etdik. Konsertdə iştirak edə bilməyənlər isə təəssüflənməsinlər. Fevralın 14-ü Sevda Ələkbərzadənin növbəti konsert proqramı ilə çıxışı gözlənilir.

Konsertdə Sevda Ələkbərzadənin ifa etdiyi Bayatı Şiraz muğamını sizə təqdim edirəm.
MP3 formatda komputerinə ENDİR


Sevda Ələkbərzadə




----------------------------------------------------------------------------------
www.QEYD.az

Şərh yazmaq üçün qeydiyyatdan keçməlisiniz. Hörmətlə QEYD.AZ
#16 Şərh etdi: narimanmammadov (24 Fevral 2010 02:20)
Plakat və bilerlərin dizaynın mən eləmişdim lotu2 
MSN: --
#15 Şərh etdi: Gunka (18 Fevral 2010 00:08)
maraqli konserte oxsayir
MSN: --
#14 Şərh etdi: Sabi6ka (16 Fevral 2010 12:15)
Севда супер респект ей!
MSN: --
#13 Şərh etdi: Shoko_Bender (24 Yanvar 2010 22:22)

1-ci shekil xoshuma geldi. heyf ki, digerleri "razmitiy" alinib.

~ men ise tamam unutdum bilet.

almaqi :*((

MSN: --
#12 Şərh etdi: Salamoff (24 Yanvar 2010 18:01)
heh ..Nə qədər gülmüşdük))
MSN: --
#11 Şərh etdi: Maybach (24 Yanvar 2010 17:27)
1ci şəkil çox xoşuma gəldi.


--------------------
MSN: --
#10 Şərh etdi: LugaNO (24 Yanvar 2010 17:14)
Numizmat,
Tewekkur, ela alinib...
MSN: --
#9 Şərh etdi: Numizmat (24 Yanvar 2010 14:16)
Sitat: LugaNO
Konsertden goruntu, wekiller olsaydi pis olmazdi...

Hazirliyiram:)
MSN: --
#8 Şərh etdi: LugaNO (24 Yanvar 2010 14:03)

Konsertden goruntu, wekiller olsaydi pis olmazdi...

MSN: --
#7 Şərh etdi: juSmile (23 Yanvar 2010 00:58)

bilet almaga vaxt olmadi,cox isteyirdim getmek

MSN: --
#6 Şərh etdi: LugaNO (21 Yanvar 2010 01:09)
Salamoff,
30 yoxsa 50 manatliq?)
MSN: --
#5 Şərh etdi: Salamoff (20 Yanvar 2010 12:51)
Mənə də bilet alıb bir nəfər )))
MSN: --
#4 Şərh etdi: Numizmat (17 Yanvar 2010 20:57)
LugaNO,
:) Elə bilet alan vaxtı çəkdim.
MSN: --
#3 Şərh etdi: LugaNO (17 Yanvar 2010 19:23)
Numizmat,
amma yaxwi alinib
MSN: --
#2 Şərh etdi: Numizmat (17 Yanvar 2010 13:06)
Sitat: Exist
şəkili photoshopla ediblər?

Yox. Xəbərdə istifadə olunan şəkili fotokamera ilə çəkmişəm.
MSN: --
#1 Şərh etdi: Exist (17 Yanvar 2010 12:28)

şəkili photoshopla ediblər?

MSN: --

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Qeyd edilənlər!


AzeriFire

Sayğac