
“Orange Versace” qrupu – Timur Alibalayev, Ramil Akberov

Fransanın Dj kvarteti C2C (Coups2Cross) “Turntablism” janrı üzrə ən yaxşı kollektivlərən biri hesab olunur. Onlar vinil mikşerlərdən musiqi aləti kimi istifadə edərək yeni musiqi və ritmlər yaradırlar. Kollektiv dörd il ardıcıl olaraq (2003-2006) “Disco Mix Club”un dünya çempionu seçilib. Qrupun 2011-ci ilin noyabrında “F·U·Y·A” adlı sinqla çəkdikləri klipi Sizə təqdim edirəm.

The Black Keys — Amerika rok qrupundan yeni video klipi.
Qrup iki nəfərdən ibarətdir: vokalist/gitarist Dan Auerbach və prodüsser/zərb alətləri ifaçısı Patrick Carney. 2011-ci ilin oktyabr ayının məlumatlarına görə rok qrup ABŞ-da 2mln.-dan çox albom satıb.

Madonna – Give Me All Your Luvin’ (Feat. M.I.A. and Nicki Minaj)
Madonna bu il “MDNA” adlı yeni albomuna daxil olacaq “Give Me All Your Luvin’” musiqisinə çəkilmiş video klipi təqdim etdi.



MC Muradın “Coma” albomuna daxil olan “Hər şeydən bir az” musiqisinə çəkilmiş video klip. Rejissor: Rza Əsgərov

Müğənni Lamiyənin Latviya rejissoru Gerri Pavloffun (əsl adı Jeraldis) çəkdiyi ilk klipi haqda məlumat vermişdik.
Müğənni həmin rejissorla növbəti, yeni klipini təqdim etdi.

Rusiyanın məşhur teleaparıcısı İvan Urqant “Grisha Urgant” adı ilə professional musiqiçi kimi çıxış edir.

“Chiddy Bang” qrupun yeni “Ray Charles” video klipi. Filadelfiyadan (ABŞ) olan bu musiqi qrup yeni yaranmağına baxmayaraq sürətlə populyarlıq əldə edir.



















