
Müğənni Rihanna “Vogue” (Böyük Britaniya) jurnalının noyabr buraxılışının üz qabığında.

Bakıda son vaxtların ən dəbdəbəli və ən cəlbedici tədbiri…Bəli bunu belə adlandırmaq olar. 2010-cu ilin ən yaxşı Əyləncə və İnformasiya saytı seçilmiş halay.az saytının təqdimatında yeni bir saytın açılışı olacaq. Sayt glamour, fashion, moda sektoruna informasiya mənbəyi kimi daxil olmaq niyyətindədir.Yeni lahiyə haqqında geniş məlumat isə tədbir zamanı qonaqlara açıqlanacaqdır.

“United Sport” – İdman malları univermağında yeni Payız 2011 ayaqqabı kolleksiyası

Dəbli bloq (http://luxurybaku.blogspot.com) məşhur “The Simpsons” animasiya filminin qəhrəmanlarının Fransaya səfər xatirələrini yada saldı. Qeyd edim ki, Simpsonlar ailəsinin Parisə səfəri “Harper’s Bazaar” jurnalının Avqust2007 tarixli nömrəsində çıxmışdı.

Fotoqraf: Həbib Səmədov


İtaliya markası “Dolce & Gabbana”nın rəsmi veb səhifəsində yeni onlayn internet-mağaza istifadəyə verildi.

Louis Vuitton konkurentlərindən geri qalmayıb yeni “Resort ’12″ kolleksiyanı təqdim etdi. Louis Vuitton-un yeni retro obrazlarını model Arizona Muse nümayiş etdi.

35 yaşlı Hollivud aktrisası Reese Witherspoon yeni çıxacaq “Water for Elephants” filmlə əlaqədar “Vogue US” jurnalının may ayı buraxılışı üçün “Sirkdə bir gün (A Day at the Circus)” adlı foto çəkilişdə iştirak edib. Fotoqraf: Peter Lindbergh.

Yeni sezonun Moschino kolleksiyası 80-cı illərin qərb stilindən ilhamlanaraq hazırlanıb. Moschino-nun sevimlisi olan xallı və zolaqlı geyimlər, qızılı detallar, pioner şərflər, böyük ölçülü eynəklər və nəhayət kolleksiyanın əsas mövzusunu təşkil edən “cowgirl” papaqlar markanın fərqliliyini və özünəməxsusluğunu göstərir.

Canali hər zaman yüksək keyfiyyətli geyimləri ilə kişilərin ən sevimli markalarındandır. Xüsusilə də, muasir klassikanı sevən gənclərin qarderobunda Canali geyimlərini çox görmək olar. Kostyumlardakı modern kəsimlər, yüksək keyfiyyət, rahatlıq və eleqantlıq markanın əsas prinsiplərindəndir. Bütün bunları İtalyan markanın kataloq çəkimlərində də açıq aydın görmək olar.
















