Rauf Quliyevin “DroidAir” layihəsi

Fotoqraf Rauf Quliyevin “DroidAir” layihəsi. Bu ixtiranın həmvətənimizə aid olması bizi çox sevindirdi. Həqiqətən də, fəxr edilməli bir hadisədir. Siz də tanış olun və bu məlumatı paylaşın.
Rauf Quliyev – 2002-ci ildə Bakıda Milli Aviasiya Akademiyasını bitirib, 2006-cı ildə isə Almaniyanın Vürzburg universitetinin Avropa Hüqüq Magister (LL. M. Eur.) dərəcəsinə yiyələnmiş və orada elmi müvəkkil vəzifəsində çalışmışdır. Yuxarıda qeyd olunmuş universitetdə oxuyarkən həm də fotograf kimi çalışmış və sənədli filmlər istehsal etmişdir. 2009-ci ildə “DroidAir” firmasınin təməlini qoymuşdur. DroidAir-in bugünki nailiyyətləri göz önündədir: DroidAir Şaquli galxıb-enmə uçuş platformalarının və pilotsus uçakların istehsalçısıdır. Bu qurğu həm də bu işlərin canlı yayımlanması uçün nəzərdə tutulub. Hal hazırda DroidAir Frauenhofer İnstitutu və Bayreuth universiteti ilə bərabər yeni layihə üzərində çalışır. Bu layihəyə görə qurğu logistik işlər üçün yuklərin nəqliyyatını avtomatik icra edəcək. Bundan alavə DroidAir-in yeni bir ixtirası olan uçuş aparatı üçün patent bürosuna ərizə verib.






















Leave a comment