Daxil ol: Yeni istifadəçi
 
ENAZ
MANPASI

“Future Shorts” Bakıda


“Future Shorts” qısametrajlı filmlər festivalı Bakıda. Yanvarın 27-də Azərbaycanda, “Üns” Teatrının səhnəsində ilk dəfə “Future Shorts” qısametrajlı filmlər festivalı açılacaqdır. Festivalın təşkilatçısı “Yarat Contemporary Art Space” şirkətidir.
“Future Shorts” layihəsi irimiqyaslı qısametrajlı kino və animasiya filmləri festivalıdır. Onun coğrafiyası çox geniş olub, Braziliyadan tutmuş Koreya Respublikasınadək olan bir ərazini əhatə edir. London, Paris, Moskva, Kiyev, Roma, Edinburq, Oslo, Honkonq kinoteatr və klublarında ayda bir neçə dəfə nümayişlər təşkil olunur.

Proqrama ən yaxşı qısametrajlı film nominasiyasında “Oskar” mükafatına layiq görülmüş “Sevgi allahı” filmi, “Qısametajlı film” kateqoriyasında beynəlxalq mükafata layiq görülmüş “Dünənkindən daha dərin” və “Ən yaxşı qısametrajlı animasiya BAFTA” nominasiyasında mükafata layiq görülmüş “Olen İqlman” filmləri daxildir.

 

 

Postun tərcüməsi: English

Leave a comment

Şərh yaz

You must be logged in to post a comment.