Daxil ol: Yeni istifadəçi
 
ENAZ
MANPASI

My Fashion Circle


Bakıda son vaxtların ən dəbdəbəli və ən cəlbedici tədbiri…Bəli bunu belə adlandırmaq olar. 2010-cu ilin ən yaxşı Əyləncə və İnformasiya saytı seçilmiş halay.az saytının təqdimatında yeni bir saytın açılışı olacaq. Sayt glamour, fashion, moda sektoruna informasiya mənbəyi kimi daxil olmaq niyyətindədir.Yeni lahiyə haqqında geniş məlumat isə tədbir zamanı qonaqlara açıqlanacaqdır.

Bununla əlaqədar oktyabr ayının 16-sı Park Bulvarda La Vita restoranında böyük tədbir təşkil olunacaq və sayt təqdim olunacaq. Tədbirdə moda sahəsinin tanınmış simaları ilə yanaşı bir çox dəblə ayaqlaşan məhşur sənətçilər iştirak edəcəklər. Tədbir zamanı Best Model of Azerbaijan 2010 professional modellərin 2011-ci il sonu dəbinə uyğun fotosessiyası keçiliriləcək. Bununla yanaşı tədbirdə özünə güvənən, dəb və modanı yaxından izləyən hər kəs fotosessiyada iştirak edə bilər. Tədbir hər kəs üçün açıqdır. Tədbir boyu qonaqlara içki və yeməklər təqdim olunacaq və bununla yanaşı tədbir boyu qonaqları Bakının 1 nömrəli DJ-i Elvin Bikoo müşaiyət edəcəkdir.
Tədbir təşkilatçılarından Arif İbrahimovdan aldığımız xəbərə görə fotosessiyadan sonra müsabiqə zamanı qalib gələn şəxs Fashion Baku jurnalında xüsusi bölmədə yer alacaqdır. Bundan əlavə: “Tədbirdə iştirak etmək üçün xüsusi dress code olaraq glamour/fashion tərzi əsas götürülmüşdür.” – deyə bildirdi.
Digər təşkilatçı fotoqraf Ülvi Daşdəmirli:” Tədbirdə professional foto çəkiliş olacaq. Çəkilişləri mən və digər fotoqraf Xalid Zeynalov həyata keçirəcəkdir. Bundan əlavə tədbirdə digər məhşur fotoqraflarda qonaq kimi iştirak edəcəklər.”

Leave a comment

Şərh yaz

You must be logged in to post a comment.